YETKINLIK

Yetkinlik dövrünün əlamətləri – Nə zaman başlayır?

Baxış sayı: 870

Ailələrin uşaqlarıyla bağlı ən kritik mərhələlərindən biri də yetkinlikdir. Ruhi və fiziki dəyişikliklər yaşayan uşaqların bu prosesdə əsasən ailələri ilə tez-tez mübahisə edirlər.  Yetkinliyin başlama vaxtı uşağa görə dəyişir.  Bəs, yetkinlik çağının əlamətləri hansılardır?

 Diqqət yeniyetmə var!

Üzündə sızanaqlar çıxır, əlini qolunu hara qoyacağını bilmir, səbəbsiz yerə əsəbiləşir, bədənindəki dəyişikliklərdən utanmağa başlayır. Bütün bunlar valideynlər üçün bir siqnaldır.


Yetkinlikdə kritik yaşlar

Qızlarda 8-13, (orta hesabla 10-10,5) kişilərdə 9-14 yaşları (orta hesabla 11-11,5) arasında başlayır. 3-4 il davam edir.

İlk əlaməti qızlarda döş inkişafı, kişilərdə isə testisin həcmində böyümədir.  Daha sonra  qasıq nahiyələrində və qoltuq altlarında tüklənmə başlayır.

İnkişafın qızlarda 8 yaş, kişilər 9 yaşdan əvvəl meydana gəlməsi “erkən yetkinlik” kimi səciyyələndirilir.

Qızlarda ilk adət görmə 10-15 yaşdır.  Orta hesabla 12,5 yaş qəbul edilir. 10 yaşından əvvəl başlayan adətgörmə isə “erkən adətgörmə” adlanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir