makiyaj

Ərimiş makiyaj vasitələrini necə bərpa etmək olar?

Baxış sayı: 133

Yayda isti havaların təsirindən əriyən makiyaj vasitələrimizi ya zibilə atarıq, ya da ki, qalan hissəsini istifadə edərik. Amma zibilə atmaq əvəzinə buzxanada saxlayıb onları əvvəlki vəziyyətlərinə qaytara bilərik. Gəlin, birlikdə ərimiş makiyaj vasitələrimizi yenidən canlandırmağın üsullarını kəşf edək.

Dodaq boyası

Dodaq boyanızın əriyən hissəsini heç çıxartmadan qapağını bağlayın və buzxanada saxlayın. Bir saat buzxanada qaldıqdan və sərtləşdikdən sonra çıxardıb yenidən istifadə edə bilərsiniz. Əgər dodaq boyanız qabın kənarında əriyibsə, əriyən hissəni kibrit qutusu boyda kiçik metal qabın içinə qoyu və buzxanada saxlayın. Beləliklə, əriyən dodaq boyanızı yeni formada – barmaq ucunuz ya da ki, dodaq boyası fırçası ilə istifadəyə hazırdır.

Göz qələmi

Vaxtınız varsa ərimiş göz qələminizi buzxanaya atın və səhəri gün götürün. Əgər bu qədər vaxtınız yoxdursa və tez makiyaj edib çıxmaq istəyirsinizsə, göz qələminizi buz dolu stəkanın içinə qoyun. Buzxanadakı ilə eyni effekti alacaqsınız.

Krem ənlik və göz kölgəsi

Ənlik və kölgələrdəki ərimiz piqmentlərin içinə iki damla duz məhlulu əlavə edin, bir çöp vasitəsilə qarışdırın. Bu tətbiqetmə istilə yox olan nəmin geri gəlməsini təmin edir. Daha sonra qarışdırığınız ənlik ya da ki, kölgəni qaşığın tərs üzü ilə düzləşdirin və soyuducuya qoyun ki, əvvəlki halını alsın.

Örtücü

Əgər ötrücünüz stik halındadırsa dodaq boyasına tətbiq edilən üsulu sınaya bilərsiniz. Palet şəklində olan örtücüləri isə qaşığın tərs tərəfilə düzləşdirin, soyuducuda bir neçə saat saxlayın. Budur, palet örtücünüz əvvəlki vəziyyətindədir.

(Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir