eristeli mercimek

Əriştəli mərcimək necə hazırlanır?

Baxış sayı: 531

Tərkibi:

1 stəkan yaşıl mərcimək,

1 stəkan əriştə,

1 quru soğan,

1 yemək qaşığı tomat,

3-4 stəkan ət suyu,

Duz,

Istiot,

Pul bibər,

Nanə,

Yarım stəkan duru yağ,

 

Hazırlanması:

Əvvəlcə mərciməyi 5 dəqiqə qədər bişirib suyunu süzün. Bir qazana duru yağ qoyub içinə soğan töküb qızarana qədər qovurun. Ardından tomatı əlavə edib qovurun. Sonra ət suyunu əlavə edin. Qaynayan suya bişirdiyiniz mərciməkləri əlavə edin. Duzunu və ədviyyatlarını zövqünüzə uyğun tökün. Əriştələr yumşalana qədər bişirin. Əriştəli mərcimək şorbası isti – isti servis edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir