ariqlamaq

1 həftədə 12 kiloqram arıqladan pəhriz

Baxış sayı: 454

Doyurucu özəlliyi ilə pəhriz proqramlarında istifadə olunan yumurta toxluq hissi yaradaraq çəki atmaqda yardımçı olur. Lakin yumurtanın sarısı ilə ağının tərkibində olan zülallar fərqlidir. Ağına nisbətdə daha çox kalorili olan sarısından idmançılar çox vaxt istifadə etmir. Bir çox mütəxəssisin fikrincə, bu yanlışdır. Çünki tərkibində olan yağlar və zülallar bir-birini tamamlayır, orqanizmə lazım olan proteini ötürür.

Beləliklə, bir həftədə 12 kiloqram çəki atmağa yardımçı olacaq yumurta pəhrizini təqdim edirik:

1. gün

Səhər yeməyi: az yağlı süd, 2 qaynadılmış yumurta, 2 portağal.

Nahar: Qaynadılmış dərisiz toyuq, bir qab qatıq.

Şam yeməyi: 1 portağal, 2 qaynadılmış yumurta və toyuq.

2. gün

Səhər yeməyi: 2 qaynadılmış yumurta, 1 limon suyu.

Nahar: 1 qreypfrut, qızardılmış balıq.

Şam yeməyi: 3 qaynadılmış yumurta.

3. gün

Səhər yeməyi: 2 qaynadılmış yumurta, 1 stəkan limon suyu.

Şam yeməyi: 1 qreypfrut, qaynadılmış qırmızı ət.

Nahar: 3 yumurta.

4. gün

Səhər yeməyi: soğan, şüyüd və cəfəri ilə birlikdə 3 yumurta.

Nahar: qaynadılmış toyuq.

Şam yeməyi: 2 portağal, 1 qaynadılmış yumurta.

5. gün

Səhər yeməyi: 2 qaynadılmış yumurta, 2 yerkökü.

Nahar: təzə sıxılmış portağal suyu, 2 yerkökü.

Şam yeməyi: 1 qaynadılmış yumurta, buxarda bişmiş balıq.

6. gün

Səhər yeməyi: qatıq, portağal və ya limon suyu.

Nahar: 2 qreypfrut və 2 qaynadılmış yumurta.

Şam yeməyi: 1 stəkan su.

7. gün

Səhər yeməyi: Qreypfrut suyu və 2 yumurta.

Nahar: 1 portağal qaynadılmış qırmızı ət.

Şam yeməyi: 1 stəkan su




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir