NOVBE

10 qəribə peşə – MARAQLI

Baxış sayı: 385

Hazırkı işində özünü xoşbəxt hiss etməyən və ya işini sadəcə cansıxıcı hesab edən bir çox insan var. Amma dünyada elə qəribə işlər var ki, onların varlığına inanmaq çətindir. Bu yazıda siz normal və darıxdırıcı bir iş haqqında fikirlərinizi dəyişdirəcək çox qəribə peşələr barədə biləcəksiniz:

 

Peşəkar qucaqlayanlar

Əgər qucaqlaşmaq və ərköyünlük etmək istəyirsinizsə, amma tamamilə təksinizsə, bu problemin həlli peşəkar qucaqlayanlardadır. Bu cür xidmətlər Yaponiyada çox yayğındır və onlar yalnız qucaqlaşmanı əhatə edir.

 

Qolf toplarını toplayan dalğıc

Əgər siz sualtı dalğıcsınızsa və açıq havada gəzməyi sevirsinizsə, bu qeyri-adi iş üçün mükəmməl namizədsiniz. Dalğıclar oyun zamanı gölməçələrin dibindən bütün qolf toplarının yığılmasına cavabdehdirlər. Ancaq düşünün ki, bütün su obyektləri təmiz olmur.

heyvan

Heyvan yeməklərinin dequstatoru

Heyvanlar bizim dostumuzdur və biz onların yeməklərinin dadlı və qidalı olmasına diqqət etməliyik. Dequstatorlar yeməyin dadına baxır və keyfiyyət standartlarına cavab verib-vermədiyini yoxlayırlar.

 

İyləmə və ya qoxu mütəxəssisi

Sniffer peşəsi təkcə ətir sənayesində deyil, digər sənaye sahələrində, məsələn, salfetlərdə də qoxu mütəxəssislərinə ehtiyac var. Onlar stənməyən qoxuları müəyyən etmək üçün məhsulları iyləyirlər.

 

Kosmetikaların təsirinin qiymətləndiricisi

Dəriyə təsir qiymətləndiriciləri dəriyə qulluq şirkətləri üçün işləyirlər. Onlar məhsul istehsal etmirlər, lakin kosmetikanın təsirini diqqətlə öyrənirlər. Fərqi hiss etmək üçün bu sahədə müəyyən bacarıq və biliklər lazımdır. Müəyyən məhsulların təsdiq və ya rədd edilməsi böyük məsuliyyət tələb edir.

NOVBE

Tramidator – növbədə ofisiant

Növbədə durmağı sevmirsinizsə, mükəmməl bir həll var. Sadəcə bir ödəniş qarşılığında növbənizi gözləyəcək bir mütəxəssis seçirsiniz. Bu peşə ən çox ABŞ və Çində yayılıb.

 

Peşəkar yatağanlar

Təəccüblüdür ki, onlar yuxu, yatmaq qarşılığında xidmət haqqı alırlar. Müştərilərinin rahatlığının vacib olduğu prestijli otelçilər otaqlarında çarpayıları sınaqdan keçirən xüsusi insanları işə götürürlər. Yuxu zamanı insan orqanizminin davranışını öyrənən həkim və elm adamları da adətən, bu xidmətə müraciət edirlər.

robot

İnsan manekenləri

Elə peşələr var ki, insanları robotlar əvəzləyib. İnsanlar buna qarşı çıxmağa qərar verdilər və insan manekenləri kimi bir peşə ortaya çıxdı. Bu iş asan deyil, çünki uzun müddət bir yerdə dayanmalısan, amma yaxşı gəlir gətirir. ABŞ-da insan manekenlər saatda təxminən 100 dollar qazanırlar.

 

Şəxsi zəngli saat

Hər bir insanın zəngli saatı və qadjet xatırlatmaları var, lakin bir çoxları hələ də çox yatmaqdan və ya bir şeyi unutmaqdan qorxurlar. Buna görə də, şəxsi köməkçi xidmətləri populyarlıq qazanıb. Bu işçi sizə vacib hadisələri xatırlada bilər və zəngli saat əvəzinə sizi telefon zəngi ilə oyandıra bilər.

 

İyrənc yeməklərin dequstatoru

Yəqin ki, tapşırıqlardan birinin canlı həşəratları və ya iyrənc canlıları yemək olduğu bir şou görmüsünüz. Müxtəlif iyrənc qidaların təhlükəsiyinə əmin olmaq üçün şirkətlər mütəxəssisləri işə götürür. Riskli olduğuna görə bu işin qarşılığında çox yaxşı əmək haqqı verirlər.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir