65798518b08a865798518b08a9170246274465798518b08a665798518b08a7

2023-cü ildə itirdiyimiz MƏŞHURLAR

Baxış sayı: 305

2023-cü il Azərbaycanın ictimai, siyasi, mədəni həyatından hansı məşhurları  apardı?

Beləliklə, 2023-cü ildə itirdiyimiz məşhurları təqdim edirik.

 

Azərbaycanın Əməkdar artisti, aktrisa Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra yanvarın 22-də vəfat edib.

 

Pianoçu, musiqişünas, Əməkdar incəsənət xadimi Tərlan Seyidov uzun sürən xəstəlikdən fevralın 1-də,  80 yaşında vəfat edib.

Azərbaycanın xalq artisti, Prezident mükafatçısı, bas opera müğənnisi Əli Əsgərov fevralın 23-də dünyasını dəyişib.

Görkəmli rejissor, Xalq artisti, Prezident təqaüdçüsü İranə Tağızadə aprelin 9-da 66 yaşında vəfat edib.

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruz uzun müddət mədə xərçəngi xəstəliyindən əziyyət çəkirdi və fevralın 20-də vəfat edib.

Azərbaycanlı tanınmış ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim, Məşədi Dadaş məscidinin sabiq axundu Hacı Şahin Həsənli martın 2-də dünyasını dəyişdi.

Televiziya prodüseri, rejissor Oktay Əliyev 2023-cü il martın 22-də 54 yaşında yol qəzasında həlak olub.

Məhşur qarmon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti Aftandil İsrafilov aprelin 29-da dünyasını dəyişib.

Tanınmış jurnalist, televiziya aparıcısı Natəvan Babayeva iyulun 20-də uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib.

Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanoğlu  sentyabrın 19-da vəfat edib.

Milli Məclisin Mədəniyyət məsələləri komitəsinin sədri Qənirə Paşayeva  sentyabrın 28-də vəfat edib.

Azərbaycanın Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azər Paşa Nemətov aprelin 9-da vəfat edib.

Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib. “Əhməd haradadır” filmindən “şofer Əhməd” obrazı ilə sevilmişdi.

Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Xalq artisti Ramiz Məlik dekabrın 14-də vəfat edib.

ramiz melik




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir