QADIN

30 yaşdan sonra qadınların yaşlı görünməsinə səbəb olan “populyar” səhvlər

Baxış sayı: 213

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, 30 yaşdan sonra da gözəl və cazibədar qalmaq istəməsin. Məhz bu yaşı gənclik və yetkinlik arasında sərhəd hesab edirlər. Bu baxımdan, bir çox qadın, necə deyərlər, “tam böyümək” zamanında gəncliyi mümkün qədər uzun müddət qorumaq üçün nə etməli sualı ilə qarşılaşır. Bunun üçün bir çox addımlar atırlar, lakin bəzilərinin səhv olduğu ortaya çıxır.

 

Qocalmanın qarşısını almaq olarmı?

Belə bir deyim var ki, yaş sadəcə şəxsiyyət vəsiqənizdəki rəqəmlərdir. Bu deyim bir tərəfdən həqiqətdir, çünki iyirmi yaşlarında olub kobud dəriyə, gözaltı kölgələrə malik, lakin 50 yaşlarında incə, cavan və şən görünən xanımlarla tez-tez rastlaşırıq.

Çox təəssüf ki, qocalmanın qarşısını almaq mümkün deyil, lakin praktika göstərir ki, yaşla gedən dəyişiklikləri sağlamlığı və sosial fəallığı artırmaqla gizlətmək olar. Bunun əvəzinə dəbli qadınlar bəzən səhv və tamamilə əks nəticələrə səbəb olan üsul və vasitələr seçirlər.

 

 Yaşı daha da artıq göstərən əsas səhvlər aşağıdakılardır:

30 yaşdan yuxarı qadınların ən “populyar” səhvi ortaya çıxmaqda olan boz saçlara qarşı istehzalı münasibətdir. Əlbəttə ki, bir neçə boz tük gözə çarpmır, ancaq sayı çoxdursa, bu artıq bir şey edilməli olduğuna işarədir. Ağ saçlar süni şəkildə düzəldilmirsə, insanların əksəriyyətinin düşüncəsində qocalıqla əlaqələndirilir.

Hədsiz parlaq və gözəçarpan makiyaj. Cavan görünmək istəyib, həddindən artıq dekorativ kosmetikadan istifadə edən qadınlar var. Nəticəsi əksinə olur. Təmiz dəri, parlayan gözlər tünd dodaq boyası və göz kölgələrindən daha gənc görünməyə səbəb olur.

Yorğun bir baxış, “işgəncəli” üz ifadəsi. Bu, qadına digər şeylərdən daha artıq yaş verir. Dünyaya geniş gözlərlə baxın, hər kiçik şeydən ləzzət almağı öyrənin, o zaman cavan və gözəl olacaqsınız.

Davamlı olaraq gənclərin tərzini izləmək cəhdləri. Stil və yaş arasındakı uyğunsuzluq yaxşı bir şeyə səbəb ola bilməz. Gözəl bir xanıma yaraşan kimi yaşınıza uyğun, lakin təmiz, təzə və zərif geyinin.

Günəş vannası və solariuma həddindən artıq həvəs. Dəri quruyur, kobudlaşır,  ləkələr yaranır və bu heç bir halda qadını cavanlaşdırmaz.

Fiziki fəaliyyətə laqeyd yanaşma. Əzələlər zəifləyir, dəri sallanır, selülit və yağ əmələ gəlir. Fitness, pilates, idman, düzgün qidalanma sizə harmoniya tapmaq imkanı verəcəkdir.

Qırışlar. Onları nə qədər gizlətməyə çalışsaq da, yaşın əsas göstəricisidir. Qırışları dekorativ kosmetika ilə örtmək istədikdə daha da gözəçarpıcı olur. Bunun əvəzində bahalı təbii qulluq vasitələrindən istifadə etməyə çalışın.

Hər qadın gənc görünə bilər. Ancaq bu məqsədə çatmaq üçün vasitə seçərkən hər şeyi diqqətlə düşünmək və birbaşa əks nəticələrə səbəb olan səhvlərdən çəkinmək lazımdır.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir