1368851969_picture188895

Kiçik mətbəx sirləri

Baxış sayı: 3. 549

Kartof püresi hazırlayarkən südünüz yoxdursa, əvəzinə mineral qazlı su əlavə etmək olar, bu zaman püre yüngül olur.

–   Mayonezi xamaya 1 ç.q. xardal və yumurta sarısı əlavə etməklə əvəz etmək olar.

–   Mayanın əvəzinə 0,5 stəkan pivə və ya mineral su əlavə etmək olar.

–   Süd yanmasın deyə, onu qazın üzərinə qoymazdan əvvəl içinə 1 parça qənd atmaq lazımdır. Belə südü uzun müddət saxlamaq mümkündür.

–   Limonun suyunun daha çox olması üçün 5 dəq. qaynar suda saxlamaq lazımdır.

–   Əti bişirərkən yaxşı bulyon almaq üçün soyuq suya, ətin özünün dadlı olması üçün isti suya salıb qaynatmaq məsləhətdir.

–   Ət vam odda bişərsə, bulyonu şəffaf olar.

–   Əgər kotletin yumşaq olmasını istəyirsinizsə, çörəyi süddə isladıb, sıxmadan ətə qatmaq lazımdır.

–   Kotletin ətinə narın doğranmış göy soğan qatdıqda daha da dadlı olur.

1368851969_picture188895


–  Gec bişən toyuğu 20-30 dəq. bişirdikdən sonra 5-6 dəq. soyuq suya salıb, yenidən bişirdikdə tez hazır olur.

–  Duxovkada bişirilən əti hərdən soyuq su ilə isladıb, üstünə limon şirəsi çəkdikdə ət daha dadlı olur.

–  Yarpaq dolmasının üstünə kəf yığılmasın deyə, onu 5-10 dəq. ocağa susuz qoyur, sonra qaynar suya 1 x.q. yağ qatıb dolmanın üstünə tökürlər.

–  Un və düyü saxlanan qaba təmizlənmiş sarımsaq dişləri qoyduqda qurd əmələ gəlmir.

–  Düyü qarnir və ya plov üçün bişirildikdə suyuna bir qədər ayran suyu və ya limon duzu qatılsa, daha yaxşı şişir və qar kimi ağ rəngdə olur.

–  Kartofu tez bişirmək istəsəniz, su qaynayarkən bir qaşıq marqarin əlavə edin.

–  Təravətini itirmiş göyərtini 2-3 qaşıq sirkə tökülmüş suya qoyduqda yenidən təzələnər.

–  Kartofu dilimlədikdən sonra üzərinə azca un səpdikdə, kartof qızardıqda daha xoşagələn qırmızı rəng alar.




1 şərh “Kiçik mətbəx sirləri

  1. sevinc

    Iş axtaran sosial şəbəkələrdə aktiv olan xanımlara,tələbələrə mükəmməl iş təklifi…
    Təcrübə tələb olunmur,heçbir vəsait qoymadan öz işinizi qurmağa kömək edirik.
    İşləmək istəyən öz karyerasını qurmaq istəyən ciddi şəxslər buyura bilər
    ✔ İşiniz: Sosial şəbəkələrdə elan,reklam yerləşdirmək
    ✔ İş yeriniz: Sərbəst şəkildə sərbəst qrafiklə…
    ✔ Maaş: İşinizin məhsuldarlığından asılı olaraq %verilir.Əlavə premyalar,uduşlar.
    Aktivliyinizdən asılı olaraq aylıq 300-500 azn və daha artıq qazanc götürə bilərsiz
    ✔ Tələblər: İşgüzar və sosial şəbəkələrdə aktiv olmaq…
    əlaqə üçün 077 430 08 80 whatsapp

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir