canta

Payızda hansı çantalar trend olacaq?

Baxış sayı: 1. 570

Mini çantalar sizə görə deyilsə və əşyalarınızı kiçik çantalara yerləşdirə bilmirsinizsə bu yazımızla sizə yaxşı xəbərimiz var. Belə ki, bu mövsüm maxi çantalar trendi öz əlinə alıb.

Gün boyu əlimizdə ya da ki, çiynimizdə gəzdirdiyimiz çanta şıq olmağı ilə yanaşı, həm də, son dərəcə istifadəyə yararlı, praktik olmalıdır. Son zamanlar trend olan mikro və mini çantalar isə görünüşcə gözoxşasalar da, praktiklik baxımında heç bir funksionallıqları yoxdur.

Bu payız isə şans üzümüzə güldü və mövsümün “it bag”i maxi çantalar dövriyyəyə girdi.

Balenciaga, Stella McCartney, Acne Studios podiumlarda mövsümün favorisi olan çantalarla öz kolleksiayalarını təqdim etdilər. Eləcə də, Mango, Zara, TopShop kimi bəzi mass brendlərdə də mövsüm trendi maxi çantalara rast gəlmək mümkündür.

Maxi çantalar kanvas parçalardan tutmuş yumşaq dərilərə qədər bir çox çeşiddə zövqümüzü oxşayacaq. Bununla da, artıq çantanıza sığmayan, evdə qoymağa məcbur olduğunuz əşyalarınızı rahatlıqla özünüzlə tərzinizdən geri qalmadan daşıya biləcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir