bosanma

Ai­lə hə­ya­tı­na bi­ga­nə ya­naş­ma uşaqlara necə təsir edir?

Baxış sayı: 1. 523

Nə dün­ya­ya gə­li­şi­ni, nə də ata-ana­sı­nı uşaq­lar seç­mir. Ai­lə ol­ma­ğa, dün­ya­ya uşaq gə­tir­mə­yə va­li­deyn­lər qə­rar ve­rir. La­kin son za­man­lar bo­şan­ma­la­rın art­ma­sı fərd­lə­rin ni­ka­ha da­xil olar­kən mə­su­liy­yə­ti an­la­ma­dıq­la­rı­nı gös­tə­rir. Ai­lə hə­ya­tı­na bi­ga­nə ya­naş­ma, müx­tə­lif sə­bəb­lər üzün­dən ar­tan bo­şan­ma­lar dün­ya­sı iki ye­rə da­ğı­lan, atı­lan, ata­sız bö­yü­yən uşaq­lar prob­le­mi­ni ak­tu­al et­di.
Bu uşaq­lar uşaq­lı­ğı­nın tam se­vin­ci­ni ya­şa­ma­yan, ata­sı ilə xoş­bəxt vaxt ke­çi­rən uşaq­la­ra hə­səd­lə ba­xan, sev­gi­si nif­rə­tə qa­rı­şan, ki­çik yaş­la­rın­dan bö­yük zər­bə alan, bu zər­bə­nin ya­ra­sı­na ömür bo­yu dö­zən­lər­dir.

Döv­lət Sta­tis­ti­ka Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na gö­rə, Azər­bay­can­da 1995-ci il­də 5669, 2005-ci il­də 8895, 2011-ci il­də 10747, 2012-ci il­də 11087, 2013-cü il­də 11730, 2014-cü il­də 12 088, 2015-ci il­də 12 764, 2016-cı il­də 13114 bo­şan­ma qey­də alı­nıb. Ötən il hər 1000 nə­fə­rə dü­şən ni­kah­la­rın sa­yı aza­la­raq 6,9-a enib, bo­şan­ma­la­rın sa­yı isə ar­ta­raq 1,4-ə yük­sə­lib. Rəs­mi sta­tis­ti­ka təs­diq edir ki, öl­kə­də bo­şa­nan­la­rın sa­yı art­maq­da­dır. Bo­şan­ma­dan son­ra ək­sər hal­lar­da uşaq ana­sı ilə qa­lır. Çox vaxt bu alın­ma­yan mü­na­sin­bət­lər­də uşaq­lar qi­sas üçün alə­tə çev­ri­lir. Adə­tən ana­lar bo­şan­ma­dan son­ra uşa­ğı ata­dan giz­lət­mə­yə, on­la­rın mü­na­si­bət­lə­ri­nə ən­gəl ol­ma­ğa, uşa­ğın gö­zün­də ata­sı­nı ki­çilt­mə­yə, vic­dan­sız bir in­san ki­mi çı­xart­ma­ğa ça­lı­şır. Am­ma bo­şan­ma­dan son­ra uşa­ğı unu­dan ata­lar da az de­yil.

Mil­li Məc­li­sin İn­san Hü­quq­la­rı Ko­mi­tə­si­nin üz­vü, mil­lət və­ki­li Fa­zil Mus­ta­fa­nın söz­lə­ri­nə gö­rə, ər və ar­vad bo­şan­ma­ğı qə­ra­ra alıb­sa, bu pro­se­sin uşaq­lar üçün ba­car­dıq­ca az ağ­rı­lı keç­mə­si­nə ça­lış­ma­lı­dır­lar: “Bo­şan­ma­dan son­ra uşa­ğın ana­nın, yox­sa ata­nın hi­ma­yə­sin­də qal­ma­sı məh­kə­mə qə­ra­rı ilə həll olu­nur. Əs­lin­də məh­kə­mə­nin qə­ra­rı uşa­ğın məhz ana­nın hi­ma­yə­sin­də qal­ma­sı­na yö­nəl­mir. Məh­kə­mə za­ma­nı ki­min uşa­ğa da­ha yax­şı bax­ma­sı, bö­yüt­mə­si, qay­ğı­sı­na qal­ma­sı, tər­bi­yə et­mə­si im­kan­la­rı­nın olub-ol­ma­ma­sı araş­dı­rı­lır, uşa­ğın mə­na­fe­yi dü­şü­nü­lür. Ona gö­rə ana­ya ve­ril­mə­si qə­ra­ra alı­nır. Elə olur ki, uşaq ana­ya ve­ril­mir. Ana­nın hə­yat tər­zi ya­xud, ya­şam şərt­lə­ri bu­na im­kan ver­mə­yən­də uşaq ana­da qal­mır. Bu­ra­da həm də uşa­ğın ki­min­lə qal­ma­sı is­tə­yi önəm da­şı­yır”.

F.Mus­ta­fa­nın de­di­yi­nə gö­rə, bo­şan­ma­dan son­ra əsas odur ki, uşaq­la­rı vax­tı-vax­tın­da va­li­deyn­lə­rə gös­tər­mək mə­sə­lə­si həl­li­ni tap­sın: “Uşa­ğın ay­rı düş­dü­yü va­li­deyn­lə gö­rüş­mək im­ka­nı tə­min olun­ma­lı­dır. Məh­kə­mə də bu­na qə­rar ve­rir.
Am­ma bo­şan­ma­dan son­ra bir sı­ra hal­lar­da ata­nın bi­rin­ci ni­kah­dan olan uşaq­la­rı­nı unut­ma­sı, bu, ar­tıq mə­nə­vi mə­sə­lə­dir. Va­li­deyn üçün öv­la­dı əvə­zo­lun­maz mə­nə­vi də­yər­dir. Ata öv­la­dı­na sa­hib çıx­mır­sa, bu, nan­kor­luq­dur. Bun­da uşa­ğın heç bir gü­na­hı yox­dur. Ola bil­sin ki, ay­rıl­ma­la­rın­da prob­lem qa­dın­da olub. On­lar bir­gə ya­şa­ya bil­mə­yib. Am­ma uşa­ğın gü­nah­lan­dı­rıl­ma­sı qey­ri hu­ma­nist dav­ra­nış­dır. Bo­şan­ma­dan son­ra ata­nın öla­dı­na qar­şı la­qeyd­li­yi məh­kə­mə ilə həll olu­nan, qa­nun­lar­la tən­zim­lə­nən bir prob­lem de­yil. Bu sırf in­san lə­ya­qə­ti ilə bağ­lı mə­sə­lə­dir”.

Ai­lə Qa­dın və Uşaq Prob­lem­lə­ri üz­rə Döv­lət Ko­mi­tə­si­nin İn­for­ma­si­ya və ana­li­tik araş­dır­ma­lar şö­bə­si­nin baş məs­lə­hət­çi­si Ay­nur Vey­sə­lo­va vur­ğu­la­yıb ki, bo­şan­ma­dan son­ra uşaq­lar çox vaxt ana­da qa­lır: “Uşa­ğın bö­yü­yə­nə qə­dər ana qay­ğı­sı­na xü­su­si eh­ti­ya­cı ol­du­ğu üçün qa­nun­da gös­tə­ri­lir ki, uşaq­lar ana­da qal­ma­lı­dır. La­kin mü­əy­yən is­tis­na hal­lar da olur. Ana ana­lıq hü­qu­qun­dan məh­rum edi­lir­sə, uşaq ata­da qa­la bi­lər. Bu, o de­mək de­yil ki, ata öz uşa­ğı­na az qay­ğı gös­tə­rir, ya da heç gös­tər­mir. Xü­su­si­lə, kör­pə, 2-3 ya­şın­da uşaq­la­rın nor­mal bö­yü­mə­si, in­ki­şaf et­mə­si üçün ana­nın qay­ğı­sı­na tə­lə­bat­la­rı da­ha çox ol­du­ğun­dan, qa­nun da bi­zə bu­nu de­yir ki, uşaq­lar ana­nın hi­ma­yə­si­nə ve­ril­mə­li­dir. Am­ma bo­şan­ma­la­rı­na bax­ma­ya­raq, ata öz uşa­ğı­na bax­ma­lı­dır. O, uşa­ğı­nın bü­tün prob­lem­lə­ri, sağ­lam­lıq­la bağ­lı və­ziy­yə­ti, gün­də­lik eh­ti­yac­la­rı, tə­lə­bat­la­rı ilə ya­xın­dan ta­nış ol­ma­lı­dır. Öv­la­dı­na qay­ğı gös­tər­mə­li­dir”.

A.Vey­sə­lo­va məh­kə­mə qə­ra­rı ilə həf­tə­də mü­əy­yən gün­lər ər­zin­də ata ilə gö­rüş gün­lə­ri­nin tə­yin olun­du­ğu­nu bil­di­rib: “Bo­şa­nan cüt­lük­lər­dir. On­lar ər-ar­vad mü­na­si­bət­lə­ri­nə xi­tam ve­rə bi­lər, bir­gə ya­şa­mır­lar. Am­ma öz öv­lad­la­rı­na qar­şı qay­ğı­nı, uşaq­la­rı ilə bağ­lı və­zi­fə və öh­də­lik­lə­ri­ni ye­ri­nə ye­tir­mə­yə borc­lu­dur­lar. Bu, həm Azər­bay­can Res­pub­li­ka­sı­nın Ai­lə Mə­cəl­lə­sin­də, həm də “Uşaq hü­quq­la­rı haq­qın­da” Qa­nun­da da öz ək­si­ni ta­pıb. Di­gər qa­nun­ve­ri­ci­lik sə­nəd­lə­rin­də də va­li­dey­nin öz va­li­deyn­lik və­zi­fə və öh­də­lik­lə­ri­ni ye­ri­nə ye­tir­mə­li ol­du­ğu gös­tə­ri­lib.

Vey­sə­lo­va qeyd edib ki, bo­şan­ma­nın ya­rat­dı­ğı di­gər cid­di prob­lem ata­la­rın uşaq­la­ra az qay­ğı gös­tər­mə­si­dir: “Biz bu gün­lə­ri tə­əs­süf­lə de­mə­li­yik ki, bo­şan­ma za­ma­nı ən çox zə­rə­ri uşaq­lar çə­kir. Bu zə­rər tək­cə mad­di du­ru­mun aşa­ğı ol­ma­sı ilə öl­çül­mür, uşaq­lar da­ha çox mə­nə­vi, psi­xo­lo­ji zər­bə­lər alır. Bu uşaq­lar ana ilə ata ara­sın­da qa­lır. Se­çim et­mə­yə məc­bur edi­lir­lər. On­la­ra psi­xo­lo­ji, hət­ta fi­zi­ki təz­yiq­lər gös­tə­ri­lir.
Va­li­deyn­lər ba­şa düş­mə­li­dir ki, bo­şan­ma­nı qı­na­yı­rıq, la­kin cüt­lük­lər bir­gə ya­şa­ya bil­mir­sə, bu və ya di­gər da­vam­lı prob­lem­lər, həl­li ta­pıl­ma­yan mü­ba­hi­sə­lər içə­ri­sin­də­dir­sə və ay­rı ya­şa­ma­ğa qə­rar ve­rir, bo­şa­nır­lar­sa, bu uşaq­la­ra yan­sı­ma­ma­lı­dır. Va­li­deyn­lər uşaq­lar­dan qi­sas üçün alət, təz­yiq va­si­tə­si ki­mi is­ti­fa­də et­mə­mə­li­dir. Həm ki­şi, həm qa­dın dərk et­mə­li­dir ki, öv­lad on­la­rın bir­gə, or­taq bəh­rə­si­dir. Bu öv­lad­dır. Onun tər­bi­yə­si, mad­di və mə­nə­vi eh­ti­yac­la­rı­nın ödə­nil­mə­sin­də hər iki­si mə­su­liy­yət da­şı­yır. Am­ma ək­sər hal­lar­da üz­lə­şi­rik ki, bo­şan­ma za­ma­nı əziy­yə­ti qa­dın və uşaq­lar çə­kir. Bə­zi ata­lar dü­şü­nür­lər ki, bo­şa­nır­lar­sa, ar­tıq nə bu qa­dı­nın, nə uşa­ğın on­la­ra ai­diy­ya­tı yox­dur. Qa­dın ola bi­lər ki, ona aid de­yil. Am­ma uşaq onun uşa­ğı­dır. Onun so­ya­dı­nı da­şı­yır. Onun qa­nın­dan­dır, ge­ne­tik ko­du­nun da­şı­yı­cı­sı­dır. Bu ba­xım­dan ata öz uşa­ğı­na həd­di bu­lu­ğa ça­ta­na qə­dər qay­ğı gös­tər­mə­li, öz ata­lıq və­zi­fə və bor­cu­nu ye­ri­nə ye­tir­mə­li­dir. Tə­əs­süf­lər ol­sun ki, bir çox hal­lar­da bu­nun ək­si ilə rast­la­şı­rıq. San­ki bo­şan­dıq­dan son­ra uşaq­lar heç ata­nın ya­dı­na düş­mür. Ya da o vaxt ya­dı­na dü­şür ki, uşaq­la­rı han­sı­sa bir mü­rək­kəb alə­tə çe­vi­rə­rək ana­ya qar­şı, ya­xud di­gər mə­sə­lə­lər üçün is­ti­fa­də edir­lər”.

Hü­quq­şü­nas Ay­nur Mu­sa­ye­va­nın de­di­yi­nə gö­rə, özü­nü atıl­mış, hə­ya­tı məhv ol­muş ki­mi hiss edən qa­dın­lar məh­kə­mə­dən son­ra uşa­ğı ata­dan so­yut­maq üçün müx­tə­lif yol­la­ra əl atır: “Hü­quq­lar­dan məh­rum olun­ma hal­la­rı is­tis­na ol­maq­la, ata­lıq hü­quq­la­rı bo­şan­ma­nın baş ve­rib-ver­mə­mə­sin­dən ası­lı ol­ma­ya­raq qüv­və­də­dir. Ata­nın hü­quq­la­rı Ai­lə Mə­cəl­lə­sin­də bir­ba­şa təs­bit edi­lib. Ata­lıq qa­nun­la mü­ha­fi­zə edi­lir. Va­li­deyn­lər, is­tər ata, is­tər­sə də ana öz uşaq­la­rı ba­rə­sin­də bə­ra­bər hü­quq və və­zi­fə­lə­rə ma­lik­dir­lər. Va­li­deyn­lər uşaq­la­rı­nı tər­bi­yə et­mə­yə borc­lu­dur­lar. Bo­şan­ma­nın baş ver­mə­si hər han­sı va­li­dey­nin uşa­ğa mü­na­si­bət­də olan hü­quq­la­rı­nın həc­mi­nin azal­ma­sı de­mək de­yil. Bo­şan­ma fak­tı iki şəxs ara­sın­da olan ni­ka­hın po­zul­ma­sı­dır, bu fak­tın ata­lıq və ya ana­lıq hü­quq­la­rı­nın həc­mi­nə hü­qu­qi cə­hət­dən tə­si­ri yox­dur”.

A.Mu­sa­ye­va bil­di­rib ki, uşaq­la ata ara­sın­da üsiy­yət mə­sə­lə­lə­ri araş­dı­rı­lar­kən nə­zə­rə alın­ma­lı­dır ki, ilk ön­cə uşa­ğın mə­na­fe­yi əsas gö­tü­rül­mə­li­dir: “Uşaq va­li­deyn­lə­ri, ba­ba­la­rı, nə­nə­lə­ri, qar­daş­la­rı, ba­cı­la­rı və baş­qa qo­hum­la­rı ilə ün­siy­yət­də ol­maq hü­qu­qu­na ma­lik­dir. Va­li­deyn­lər­sə qeyd olun­du­ğu ki­mi uşaq­la­rı­na mü­na­si­bət­də bə­ra­bər hü­quq­lu­dur­lar. Bo­şan­ma­dan son­ra uşaq­la ün­siy­yət za­ma­nı di­gər va­li­deyn tə­rə­fin­dən bu və ya di­gər ma­neə­lər tö­rə­di­lir­sə, uşaq­la ün­siy­yə­tin vax­tı, ye­ri və şə­rai­ti məh­kə­mə­nin qə­ra­rı­na əsa­sən ma­raq­lı şəx­sin id­dia­sı üz­rə həll olu­na bi­lər. Bu ki­mi məh­kə­mə araş­dır­ma­sın­da qəy­yum­luq və hi­ma­yə­çi­lik or­qa­nı­nın iş­ti­ra­kı va­cib­dir. Uşaq­la ün­siy­yə­tin şərt­lə­ri, şə­rai­ti, for­ma­sı, za­ma­nı və döv­rü­lü­yü işin hal­la­rın­dan ası­lı ola­raq hər konk­ret hal­da məh­kə­mə tə­rə­fin­dən həll edi­lir. Hə­min məh­kə­mə ak­tı­nın ic­ra­sı ha­mı üçün məc­bu­ri­dir. Hər han­sı va­li­deyn hə­min məh­kə­mə ak­tı­nın ic­ra­sı­na ma­neə­lər tö­rə­dər­sə, bu in­zi­ba­ti və ci­na­yət mə­su­liy­yə­ti­nə sə­bəb ola bi­lər”.

Va­li­deyn­lik hü­quq­la­rı­nın ic­ra­sı­na gəl­dik­də isə Mu­sa­ye­va diq­qə­tə çat­dı­rıb ki, yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın tər­bi­yə və tə­li­mi və­zi­fə­lə­ri­nin va­li­deyn­lər tə­rə­fin­dən üzür­lü sə­bəb­lər ol­ma­dan ye­ri­nə ye­ti­ril­mə­mə­si­nə və ya la­zı­mın­ca ye­ri­nə ye­ti­ril­mə­mə­si­nə gö­rə on­lar xə­bər­dar­lıq edi­lir və ya qırx ma­nat­dan alt­mış ma­na­ta­dək məb­ləğ­də cə­ri­mə edi­lir: “Bu əməl­lər yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın spirt­li iç­ki, nar­ko­tik va­si­tə­lər və ya psi­xot­rop mad­də­lər qə­bul et­mə­si­nə və ya ava­ra­lıq­la məş­ğul ol­ma­sı­na, ci­na­yət mə­su­liy­yə­ti­nə cəlb et­mə­yə im­kan ve­rən yaş həd­di­nə çat­ma­mış uşaq­lar tə­rə­fin­dən ci­na­yət əla­mət­lə­ri olan ic­ti­mai təh­lü­kə­li əmə­lin tö­rə­dil­mə­si­nə və ya on dörd ya­şın­dan on al­tı ya­şı­na­dək uşaq­lar tə­rə­fin­dən in­zi­ba­ti xə­ta əla­mət­lə­ri olan əmə­lin tö­rə­dil­mə­si­nə sə­bəb ol­duq­da alt­mış ma­nat­dan yüz ma­na­ta­dək məb­ləğ­də cə­ri­mə edi­lir. Qeyd edi­lən mə­sə­lə­lər yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın iş­lə­ri və hü­quq­la­rı­nın mü­da­fiə­si üz­rə ko­mis­si­ya­lar tə­rə­fin­dən həll edi­lir”.

Nə­zə­rə alın­ma­lı­dır ki, va­li­deyn­lik hü­quq­la­rın­dan məh­rum et­mə və ya va­li­deyn­lik hü­quq­la­rı­nın məh­dud­laş­dı­rıl­ma­sı ki­mi təd­bir­lər va­li­deyn­lə­rin cə­za­lan­dı­rıl­ma­sı de­yil, da­ha çox uşaq­la­rın hü­quq­la­rı­nın və mə­na­fe­yi­nin mü­da­fə­si üçün tət­biq olu­nur. Ata­lıq­dan məh­rum edil­mə is­tər va­li­deyn­lə­rin ni­ka­hı döv­rün­də, is­tər­sə də bo­şan­ma­dan son­ra baş ve­rə bi­lər. Va­li­deyn­lər və ya on­lar­dan bi­ri va­li­deyn­lik hü­quq­la­rın­dan öz va­li­deyn­lik və­zi­fə­lə­ri­ni ye­ri­nə ye­tir­mə­dik­də məh­rum edi­lə bi­lər. Va­li­deyn­lik hü­quq­la­rın­dan məh­ru­met­mə məh­kə­mə qay­da­sın­da həll edi­lir”.

Psi­xo­loq Və­fa Rə­şi­do­va­nın söz­lə­ri­nə gö­rə, bo­şan­ma uşaq üçün göz­lə­nil­mə­dən va­li­deyn­lə­rin­dən bi­rin­dən uzaq­laş­ma­ğa, bə­zi hal­lar­da onu itir­mə­yə bə­ra­bər­dir: “Ana­lar uşa­ğı ata­ya gös­tər­mə­mə­yə, ata­nı uşaq­dan uzaq­laş­dır­ma­ğa ça­lı­şır. Ana­lar­da qıs­qanc­lıq da baş qal­dı­rır. Nə qə­dər mü­na­si­bət­lər­də bir-bi­rin­dən qı­rıl­maq var­sa, kör­pü­lər ya­nıb­sa, bu­nun uşa­ğa heç bir ai­diy­ya­tı ol­ma­ma­lı­dır. Uşaq­la ata­nın ün­siy­yə­ti qı­rıl­ma­ma­lı­dır. Ata­nı uşa­ğın gö­zün­dən sal­maq, ata­nı pis­lə­mək də qa­dın­la­rın seç­di­yi yan­lış yol­dur. Bu­nun­la on­lar ki­şi­dən qı­sas al­maq is­tə­sə­lər də, ata ob­ra­zı­nı məhv edə­rək uşaq­la­rı­na trav­ma ya­şa­dır, uşaq­la­rı gə­lə­cək­də xoş­bəxt ai­lə qur­maq şan­sın­dan məh­rum edir­lər”.

Psi­xo­loq Meh­ri­ban Mü­təl­li­mo­va­nın fik­rin­cə, ata­lar uşaq­la­rın giz­li qəh­rə­man­la­rı­dır: “Çün­ki uşaq üçün ata gü­vən de­mək­dir. Xü­su­si­lə, oğ­lan uşaq­la­rı şəx­siy­yət ki­mi for­ma­laş­dıq­da mo­del ola­raq ata­nı nü­mu­nə gö­tü­rür. Bə­zən ana­lar oğul­la­rı­nın ey­ni­lə ata­la­rı ki­mi get­dik­lə­ri­ni, da­nış­dıq­la­rı­nı, jest və mi­mi­ka­lar­dan is­ti­fa­də et­dik­lə­ri­ni söy­lə­yir. Ey­ni za­man­da qız­la­rın da tər­bi­yə­sin­də müs­bət ata ob­ra­zı müt­ləq­dir. Na­ta­mam ai­lə­lər­də bö­yü­yən uşaq­la­rı ya ba­ba­sı­na, ya mü­əl­li­mi­nə, ya da da­yı­sı­na yö­nəlt­mək la­zım­dır ki, ki­şi ob­ra­zı uşa­ğın üzə­rin­də ol­sun”.

Ər və ar­vad özü­nü çı­xıl­maz və dö­zül­məz və­ziy­yət­də gö­rər­sə, bo­şan­ma ən son mü­ra­ci­ət edi­lə­cək həll yo­lu ol­ma­lı­dır. Heç bir bo­şan­ma bir-bi­ri­nə ox­şa­mır, çün­ki iki ai­lə ey­ni ol­mur. Uşaq­lar ata-ana­la­rı ay­rıl­dı­ğı üçün bö­yük kə­dər du­yar. On­lar üçün bo­şan­ma sö­zü­nün özü be­lə son də­rə­cə sar­sı­dı­cı­dır. Ki­şi və qa­dın üçün ay­rı­lıq bə­zən bir-bi­rin­dən qi­sas al­maq, bə­zən də hə­yat­la­rın­da ye­ni açı­lan xoş­bəxt bir səh­və ol­sa da, öv­la­dı üçün al­dı­ğı zər­bə­lər sa­yə­sin­də qu­ra bil­mə­yə­cə­yi bir gə­lə­cə­yi olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir