AILE

Ailədaxili münaqişəni sürətli şəkildə necə həll etmək olar?

Baxış sayı: 751

Yenə düz iş görməmisənsə (onun doğum gününü yaddan çıxartmısan və ya xəyanət etmisən) axşam həngaməyə hazır ol.

Lakin təşvişə düşmə: çıxış yolu var.

Pornoya baxarkən yaxalandınız

Onun fikri: Mənə qarşı tamamilə soyuyub!

Çıxış: Böyüklər üçün filmləri xoşlamaqda ayıb bir şey yoxdur. Amma yenə də, əgər bu münaqişəyə yol açacaqsa, etiraf et ki, seksual həyatınızı daha parlaq etmək üçün bir neçə yeni fənd öyrənirdiniz. Əsas odur ki, baxanda elə şeyə baxasınız ki, sonra dediyiniz inandırıcı gəlsin.

Onun doğum gününü və ya başqa mühüm tarixi unutmusan

Onun fikkri: Yalnız qarşısında çılpaq vəziyyətdə durduqda mənə fikir verir

Çıxış: O ağlayıb, şikayət edən zaman söz demə, hərəkətə keç. Bəhanə axtarmaq yerinə ona öz əllərinlə tort hazırla, dibçəkdə gül ək, yemək bişir. O səni bağışlayacaq. Ən azı təəcübündən.

Onun əşyalarının içində nə isə axtarmısan

Onun fikri: Nə haqqı var?

Çıxış: Aşırı dərəcədə həssas olduğunu bəhanə et. De ki, onun kimi qadının yanında olarkən ağlını itirirsən və özünü saxlaya bilmirsən. Sənə qarşı nə hiss etdyini blmək üçün onun əşyalarında gündəlik axtardığını etiraf eti. Bu cür sözlər ona təsir edəcək.

Ona xəyanət etmisən

Onun fikri: Nə şərəfszidir!

Çıxış: Təəsüf ki yoxdur və özünü zibilə salmısan. Hər bir bəhanə səni daha da pis vəziyyətə qoyacaq. Hər şeyi açıq şəkildə etiraf et və cəzanı layiqincə al. Kişi ol. Sonra, əgər sözünün ağasısansa, bir dəfə belə şeyin təkrarlanmayacağına dair söz ver.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir