cd

Ailəsi tərəfindən zorlanan, atası intihar edən, oğlu öldürülən… ulduzlar

Baxış sayı: 2. 073

“Gencaile.az”-ın indi təqdim edəcəyi məşhurlar yaşadıqları faciəni ümidə çevirməyi bacarıblar.

 

Çarliz Seron

Məşhur aktrisa hələ 15 yaşındaykən anasının spirtli içki aludəçisi olan atası tərəfindən öldürülməsinin şahidi olmuşdu. Amma o, yaşadığı bu travmanın gələcəyinə təsir etməsinə icazə vermədi. Aktiraslıq zirvəsinə qalxaraq “Oscar” mükafatı qazanan ilk Cənubi Afrikalı aktrisa oldu. Verdiyi müsahibələrin birində bu yaşadığı travmanın ürəyində bir döymə kimi qaldığını deyən aktrisa bunun, həyatını idarə etmədiyini də söyləmişdi.

Image result for oyuncu Çarliz Seron

Nikol Kidman

Ana olmaq istəyən, ancaq arzuları ürəklərində qalan qadınlar bunun nə qədər çətin olduğunu bilir. Ancaq Nikol Kidman bu acısını media vasitəsilə bütün dünyayla paylaşdı. Ümidsizliyə düçar olmayan Nikol 2 uşaq övladlığa götürdükdən sonra  ilk qızı Sunday dünyaya gəldi. Nikol “Düşmə, hamiləlik, doğum müalicələri aldım. Hamilə qalmaq üçün nə lazımdırsa, hamısını etdim. Sundaya hamilə qalacağıma inanmırdım. Şans çox az idi. O, mənim həyatımdakı möcüzədir“, – deyib.

Image result for Nikol Kidman

Ofrah Vinfrey

Ofrah bu gün dünyadakı ən bacarıqlı qadınlardan biri ola bilər, ancaq hazırki vəziyyətinə gəlib çatmaq üçün çox çətin anlar yaşayıb. 10 yaşından etibarən ailə üzvlərinin cinsi təcavüzünə məruz qalmış və bu da onun yeniyetmə yaşından cinsi qarışıqlıq yaşamasına səbəb olmuşdu. 14 yaşında hamilə qalmış, ancaq oğlunu dünyaya gətirdikdən qısa müddət sonra itirmişdi. Bu acı dolu sirri 1990-cı ildə qohumu tərəfindən açılana qədər gizlətmişdi. Ofrah “sən demə sirrini paylaşmaq insanı rahatladır. Utancı gizlətmənin ən böyük çətinlik olduğunu öyrəndim”, – deyib. Yaşadığı travmaya rəğmən bu gün milyonların sevimlisi olan bir qadındır.

Image result for Ofrah Vinfrey

Bill Kosbi

Əfsanəvi aktyor 1997-ci ildə 27 yaşlı oğlu Ennisin faciəvi ölümü ilə qarşılaşıb. Ennis Los Ancelsdə maşınının təkərini dəyişərkən baş verən oğurluq mübahisənin arasına girmiş və vurularaq öldürülmüşdü. Kosbi oğlunun ölümündən sonra həyat yoldaşının isti və sevgi dolu qollarının arasına sığındığını deyir.

Lerri Böd

1980-ci illərdə məşhurlaşan Böd bir çox amerikanlar üçün basketbol qəhrəmanıdır. Həyatının qaranlıq zamanlarında ona rəhbərlik edən idman sevgisi olub. 18 yaşındaykən atası intihar edib. Acısını və qəzəbini dərsdən çıxaran Böd o vaxt Celticsin təkilifini dəyərləndirmək yerinə universiteti dərəcəylə bitirməyi seçmişdi.

 

Cennifer Hyudson

İfaçı Cennifer Hyudson anasını, bacısını və bacısının övladını itirib. Onları vəhşicəsinə silahla vuraraq öldürən isə bacısının keçmiş həyat yoldaşı Vilyam Balfordur. Deyilənə görə, bunu intiqam hissi ilə edib. Cennifer Balforu bağışlamaqla yanaşı bacısının övladının adına bir vəqf açmışdı. Vəqf özünə güvənən, xoşbəxt yetkinlər olaraq böyümələri üçün uşaqlara hər cür dəstək olur. Hyudson 31 iyul 2013-cü ildə bu etdiklərinə görə “Do Something Awards”la mükafatlandırılıb.

Image result for Cennifer Hyudson

Coaquin Foenix

Musiqiçi Conni Keşin həyatından bəhs edən “Walk the line” filmindəki rolu ilə hafizələrdə qalan amerikalı aktyor Coaquin 19 yaşlı qardaşı Riveri narkotik maddə ucbatından itirmişdi. Bu travmadan sonra medianın da ondan əl çəkməməsi onu əməlli-başlı depressiyaya saldı, içkiyə qurşandı. 2005-ci ildə spirtli içki aludəçiliyinə qarşı reabilitasiya müalicəsi aldı. Bu gün 20 illik aktyor karyerasını davam etdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir