aile

Ailəsində xoşbəxtlik olmayanlar tez ölür – ARAŞDIRMA

Baxış sayı: 1. 378
Amerikalı alimlər ailədə xoşbəxt olmayan adamların ömürlərinin qısa olduğunu deyirlər. Miçiqan Universitetinin professorlarının sözlərinə görə, bədbəxt evliliklər ürək xəstəliklərinə tutulma ehtimalını artırır və insan ömrünü qısaldır. Ailədə xoşbəxt olmayan adamlar yüksək qan təzyiqindən əziyyət çəkir, daha çox depressiyaya düşürlər. Beləliklə də ölümcül ürək xəstəliklərinə tutulurlar.
Qadınların bu cür xəstəliklərə tutulmaq ehtimalı isə kişilərdən çoxdur. Araşdırmanı aparan həkim Hui Liu “Daily Mail” qəzetinə verdiyi açıqlamada bildirib ki, son illərdə ailə həyatının insan orqanizminin sağlamlığı üçün önəmli olduğunu düşünürmüş. “Araşdırmalarımız sübut etdi ki, həqiqətən də ailədə xoşbəxt olan adamlar daha çox yaşayır. Xoşbəxt olmayanlar isə xəstəliklərə tutularaq qısa müddət sonra həyatlarını itirirlər”, – deyə o bildirib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir