almaz

Almaz Ələsgərli: “Münasibətdə olduğum kişi var, amma…”

Baxış sayı: 1. 730

Azərbaycanlı müğənninin verilişlərin birində etdiyi etiraflar gözlənilməz olub.

“Məchulu tapın” verilişinin qonağı olan respublikanın əməkdar artisti, müğənni Almaz Ələsgərli formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib. Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Lakin qısqanc olması barədə deyilən fikirlə razılaşmayıb. Aparıcı bunu bəlkə həyatında birinin olmaması ilə əlaqələndirdikdə, müğənni həyatında birinin olduğunu deyib: “Tərəf müqabilim deməzdim ki, yoxdur, əlbəttə, var. Amma ailəm yoxdur. Yəni ailədən də artıqdır, sadəcə ər-arvad kimi rəsmi nikahım yoxdur. Belə qadının sevdiyi insan olmaz?” – deyə A.Ələsgərli aparıcının fikrinə münasibət bildirib.

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, ekstrasens, parapsixoloq və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar. (anspress)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir