Artıq içiləndə dərd verir su da…

Baxış sayı: 1. 702

Saf suyu həddən artıq qəbul etmək ziyandır. Belə bir iddia ilə Harvard Universitetinin tədqiqatçıları çıxış ediblər.

İnsanın gün ərzində 2 litr maye qəbul etməli olduğunu tez-tez eşidirik. Lakin “Harvard”ın alimləri bildirirlər ki, gün ərzində qəbul edilən mayenin miqdarı saf su və həm də qida ilə birlikdə cəmi 2 litr təşkil etməlidir. Bildirilir ki, insan kifayət qədər mayeni həm də meyvə, tərəvəz və şorba yeməkləri ilə də qəbul edir (AZƏRTAC).

Lakin istisna hallarda -yayın qızmar istisində mayenin qəbulunu artırmaq məsləhətdir. Ümumilikdə, saf su birnəfəsə və göstərilən miqdardan artıq içilməməlidir.

Araşdırmaçıların fikrincə, hər kəs orqanizminin tələbini müəyyən etməyi bacarmalıdır. Əlamətlərə görə, sadalanan miqdardan az qəbul edilən maye insanda baş ağrısı, ürəkdöyünmə, zəiflik və dərinin quruması kimi hallar yarada bilər. Bu da bilavasitə insan orqanizmində dehidrogenləşdirmə (suya olan tələbat) prosesinin getməsindən xəbər verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir