21

Arvadını və oğlunu qəfəsdə saxlayan adam

Baxış sayı: 1. 419
Argentinada psixoloji problemləri olan arvadını və oğlunu iki ildir qəfəsdə saxlayan kişi həbs edilib. Müstəntiq Alejandro Pellegrini Madr del Plata şəhərində yaşayan 66 yaşlı Eduardo Oviedonun iki uşağının şikayətindən sonra onun evinə basqın edib. Basqın zamanı Oviedonun 61 yaşlı arvadını və 32 yaşlı oğlunu qəfəsdə saxladığı ortaya çıxıb. Polislərin sözlərinə görə, çirkli bir qəfəsdə saxlanılan qadın və oğlu zibillər arasında yaşayır, heyvan yemi ilə bəslənirmişlər.
“Gəzlərimizə inana bilmədik. Qadın və oğlu bir insanın yaşaya biləcəyi ən pis şəraitdə saxlanılırdı” deyən polislər Oviedonun arvadını və oğlunu gecə bağlı otaqlardan birində gizlətdiyini və onlara it yeməyi verdiyini də bildiriblər. Yerli mediadan yayılan xəbərlərə görə, digər uşaqlar da atalarından qorxduqları üçün polisə xəbər verməyiblər. Sorğu zamanı danışmayan Oviedo həbs edilib.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir