maska

Arzuolunmaz tüklərdən necə qurtulmalı? – MASKA

Baxış sayı: 2. 066

Bədəndəki arzuolunmaz tüklərə qarşı evdə hazırlanmış maskalardan istifadə edə bilərsiniz. “Gencaile.az”  həmin effektli maskalardan birini təqdim edir. Bu, tükləri azaldır və onların daha nazik çıxmasına səbəb olan vasitədir.

 

Tərkibi:

Noxud unu

Sandalağacı tozu

Krem (nəmləndirici)

Xardal yağı

Gül suyu

Sarıkök

 

Hazırlanması:

2 qaşıq noxud ununu kasaya tökürsünüz, üzərinə 1 qaşıq krem, 2 qaşıq sandalağacı tozu, 1 qaşıq xardal yağı, 1 qaşıq gül suyu və bir çimdik sarıkök əlavə edirsiniz. Məhlulu qatı hala gələnədək qarışdırın. Alınan qarışığı tüklərin azalmasını istədiyiniz nahiyənizə çəkin və 20 dəqiqə gözləyin. Qarışığı tüklərin çıxış yönünün əksinə pilinq edən kimi ovun. Sonra həmin yeri soyuq su ilə yuyun. Bu üsulu həftədə bir neçə dəfə tətbiq edə bilərsiniz.

 

Maskanın faydaları:

Noxud unu ilə hazırlanan bu təbii maska tez zamanda öz təsirini göstərmir. Tam təsir etməsini istəyirsinizsə, maskanı bir neçə dəfə edin. Günəş yanıqlarını da azaldan bu qarışıq tünd ləkələrdən azad olmanıza kömək edəcək və cildinizi təmizləyəcək. Maskanı bir neçə dəfə tətbiq etdikdən sonra tüklərin azaldığının və daha nazik çıxdığının şahidi olacaqsınız.

Noxud unu əsasən cildi təmizləyən kosmetik reseptlərdə istifadə edilir. Maskadakı digər vasitələr də cildə gözəllik qatır və dərini qidalandırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir