İlham eliyev leyla eliyeva

“Atam heç vaxt “bunu belə etməlisən” demir”

Baxış sayı: 2. 184

Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti açıqlamasında atası ilə münasibətlərindən bəhs edib.

Leyla Əliyeva sosial şəbəkədəki səhifəsində yazdığı statusda bu haqda bildirib:

“Mən hər zaman atamın məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir. Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu həqiqətən belədir! Bu sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun – “Bunu belə etməlisən” deməsini eşitməmişəm. O sadəcə məsləhət verir. Son nəticədə isə onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunun onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar.

Mən bütün işlərimdə onunla məsləhətləşirəm. Bura həm Heydər Əliyev Fondu, həm də ekologiya sahəsi, həm də “Baku” jurnalı ilə bağlı gördüyüm işlər daxildir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir