meshurlar

Atasından hamilə qalan, nəvəsi ilə münasibətdə olan… MƏŞHURLARIN SİRRİ

Baxış sayı: 1. 657

Tanınmış aktrisa atasının qatilinin anası olduğunu illərlə gizlətməyi bacarıb. Digər məşhur isə uzun illər atasıyla münasibətdə olduğunu sirr kimi saxlayıb. Məşhurların hər kəsi təəccübləndirən sirlərini təqdim edirik.

Müğənni Niran Ünsal keçmiş həyat yoldaşı Peker Açıkalının narkotik maddə istifadəçisi olduğunu “Pekerin üzünə baxın. Narkotik istifadə edib etmədiyini anlayacaqsınız”, – deyərək açıqlamışdı.

Yıldız Tilbə narkotik istifadə etdiyi üçün 1996-cı ildə göz altına alınıb. Balıqlı Rum xəstəxanasında bu asılılıqdan qurtulmaq üçün müalicə alıb.

Oskar mükafatçısı Çarliz Şeron gənc yaşlarında yaşadığı travmanın təsirindən  uzun müddət qurtulmayıb. Cənubi Afrikalı ulduzun həyatında ən pis günü 1991-ci il 21 iyun tarixidir. Həmin gecə evə sərxoş gələn atası 15 yaşlı Çarlizin otağına atəş açıb. Buna görə anası Gerar sərxoş yoldaşını silahla vuraraq öldürüb. “Atam xəstə idi. Bir alkoqolik. Bizə fiziki olaraq deyil, sözlə təcavüz edərdi. Anamın addımına gəldiyində isə qızım olsaydı, mən də eyni şəraitdə eyni addımı atardım”, – deyərək həmin gecədən danışıb.

1997-ci ildə polisin təşkil etdiyi narkotik maddə əməliyyatında Özlem Tekinlə bərabər saxlanılanlar arasında Sevda Demirəl, Sinem Üretmen, Ferhad Şirin və Sibel Gökçe olub.

Keçmiş model Seda Akmana aid olan villaya 2005-ci ildə polislər basqın  ediblər. Aralarında Seda Akmanın bacısı Eda Akmanla aktyor Durul Bazanın olduğu 15 nəfər kokain istifadə edərkən göz altına alınıblar.

Deniz Seki 2009-cu ilin əvvəlində narkotik istifadə etdiyi və satdığı üçün həbs olunmuşdu. Məhkəmədəki ifadəsində “Son zamanlar yaşadığım sıxıntılarla əlaqədar narkotik çəkirdim. Çox peşmanam. Bir sənətçi olaraq bu vəziyyıtdı olduğum çox üzgünəm. Günahım narkotik istifadə etməyimdir. Mən sadəcə istifadə etdim, başqa heç kimi təmin etmədim”, – deyib.

Narkotik istifadə etdiyi tez-tez gündəmə gələn İbrahim Tatlısəs proqramların birində keçmişdə bunu sınaqdan keçirdiyini və gənclərin uzaq durmalı olduğunu deyib.

Türk dünyasının dahilərindən olan Münir Özkul marixuanadan heroinə qədər bütün narkotik maddələrdən istifadə edib. O günləri xatırlayarkən “özümü axtarırdım sanki. Məgər mən burda imişəm”, – deyib.

Bir dönəmin uşaq ulduzlarından olan Makenzi Filips gənclik illərinə aid sirri açıqlayaraq hər kəsi şoka salıb. O, öz atası, pop ulduz Con Filipslə münasibət yaşadığını etiraf edib. Bu gün 49 yaşında olan Filips atasıyla münsibətinin 19 yaşında ikən başladığını və 10 il davam etdiyini açıqlayıb. Makinez atası ilə olan münasibətinin necə başladığını belə izah edib: “1979-cu ildə 19 yaşında idim. Evlənmədən bir gecə öncə yuxudan oyandım və atamla sekslə məşğul olduğumu gördüm”.

Qonaq olduğu “The Oprah Winfrey” şousunda yaşadıqlarını danışan Makenzi Filips atasının ona narkotik maddədən istifadə etməyi öyrətdiyini deyib. Filips atası ilə olan münasibətinin hamilə qalana kimi davam etdiyini deyib: “Hamilə idim və uşağımın atasının atam, yoxsa həyat yoldaşımın olduğunu bilmirdim. Uşağı dünyaya gətirmədim. Abort pulunu da atam ödədi.  Bu hadisədən sonra atamın mənə toxunmasına qəti icazə vermədim”. Atası Con Filips 2001-ci ildə dünyadan köçüb.

Tamer Karadağlı bir otel otağında birlikdə olduğu gənc qadın tərəfindən tələyə salınmışdı. Burcu Mərcan adlı qadın yataq görüntülərini çəkərək Tameri şantaj edib 150 min dollar istəmişdi. Tamer bunun həqiqət olduğunu deyərək “kaş, belə şeylər yaşanmasaydı”, – deyə peşmanlığını ifadə etmişdi.

Sevgilisi Rik Solomona sevişmələrini videoya çəkməyə icazə verən Paris Hiltonun başı bu hadisədən sonra çox ağrıdı. Çünki Rik Solomon Paris ondan ayrıldıqdan sonra bu görüntüləri internetdə yaydı.

1996-cı ildə evləndiyi keçmiş həyat yoldaşı Tommi Lee ilə bal ayına gedən aktrisa Pamela Anderson sevgi münasibətlərini kameraya çəkmişdi. Cütlüyün evinə girən oğru tərəfindən oğurlanan kaset internetdə yayıldıqdan sonra böyük qalmaqal yaşanmışdı.

Liz Hurley ilə əfsanəvi eşq yaşayan aktyor Hugh Grant 1995-ci ildə avtomobilində bir fahişəylə sevişərkən paparatsilər tərəfindən yaxalanmış və bir müddət mətbuatın gündəmindən düşməmişdi. Buna görə sevdiyi Liz Hurley tərəfindən tərk edilən Grant səhvini etiraf etsə də, bu, heç bir şeyi dəyişdirməmişdi.

Hollivudun son illərdəki böyük qalmaqallarından birinin qəhrəmanı məşhur aktyor Morgan Freeman olub. “National Enquirer” jurnalının iddialarına görə,  Freeman və ögey nəvəsi 10 ildir münasibət yaşayır. Hazırda 27 yaşında olan Edena Henes 17 yaşında ikən bu münasibət başlayıb. Aktyorun əl-ələ tutuşub film təqdimatlarına apardığı Henes əslində Freemanın ilk həyat yoldaşının nəvəsidi. Ancaq Henesi Freeman və ikinci həyat yoldaşı Myrna Kolley Lee böyüdüb. Freemanın 25 illik evliliyinə son qoymasının səbəbinin də bu münasibət olduğu iddia edilir. Aktyorun birinci yoldaşının dediyinə görə, bu münasibət 10 il öncə bir axşam yeməyindən sonra başlayıb. Freeman Henesə həddən çox içki içirdərək onu başdan çıxarıb.

Tanınmış aktyor Orlando Blumun fərqli bir faciəsi var. İngiltərənin Kent şəhərində böyüyən Orlando atasının yazıçı Harri Blum olduğunu zənn edirdi. Orlando 4 yaşında ikən yazıçı Harri Blum öldü və ailə dostu Kolin Ston Orlandonun qanuni himayəçisi oldu. Aktyor gənclik çağlarına çatanda anası bioloji atasının Harri deyil, Kolin olduğunu etiraf etdi. Bundan sonra Orlando “Kolinlə mən  hər zaman yaxın dost idik. Amma mən həmişə Harrinin atam olduğunu düşünürdüm”, – deyib.

1998-ci ildə kişilər tualetində bir kişiylə yaxınlıq etmək istəyən Corc Maykl uzun müddət gündəmdə qalmışdı. Yaxınlıq etmək istədiyi kişi gizli polis olduğundan həbs  edilən Corc 800 dollar pul cəzasıyla yanaşı, seksual müalicə də almaq məcburiyyətində qalmışdı.

Britney Spearsin seks kaseti olması xəbəri gündəmə bomba kimi düşdü. Bu görüntülər hələ də internetdə izlənilir. Lakin bunu kimin çəkdiyi və Britneylə birlikdə olan adamın kimliyi bəlli deyil.

Türk teatrının ilk türk qadın aktrisası olan Afife Jale sənət həyatı boyunca narkotik maddədən uzaqlaşmayıb. Evli olduğu bəstəkar Selahettin Pınar da onu xilas edə bilməyib. Aktrisa 1941-ci ildə kokaindən vəfat edib.

Tanınmış model Karolina Kurkovanın da adı bir qrup seks qalmaqalında hallandırılıb.  O, bir neçə il öncə Ancelina Coli və Bred Pitt ilə qrup sekslə məşğul olduğunu və bu zaman özünü məktəbli gənc qız kimi hiss etdiyini demişdi. Ancaq Ancelina və Bred bunun yalan olduğunu demişdi.

Polis Okan Karacanı narkotik istifadə etdiyi və satdığı üçün saxlamışdı. Sağlamlıq mərkəzinə əlləri qandallı gətirilən Okan sonradan sərbəst buraxılmışdı.

“Yaprak Dökümü ” serialının Şevketi Caner Kurtaran kokain istifadə etdiyi üçün səhhəti pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

Keyt Mossun kokain çəkərkən çəkdirdiyi şəkilləri internetdə yayıldıqdan sonra pərəstişkarları şoka düşmüşdü. Bu hadisədən sonra məşhur model Arizondakı bir xəstəxanada müalicə almışdı.

İfaçı Azər Bülbül aşırı narkotik maddədən komaya belə düşüb. Ancaq müalicə aldıqdan sonra narkotik maddəyə tövbə etdiyini deyib.

“Hörümçək adam” Tobel Maquire 3 yaşında ikən anası və atası boşanıb. 1993-cü ildə  Tobel 18 yaşında ikən atası Kaliforniyada bir bank soyduğuna görə həbs olunub. 2 il həbsxanada qalıb.

Aktyor Kenan Kalav 1991-ci ildə İspaniyada narkotik satışına rəhbərlik etdiyi və istifadə etdiyi üçün həbs edilmişdi. Bu hadisədə müğənni Seren Serengilin anasının da adı çəkilmişdi.

Məşhur aktrisa Kameron Diaz Havayidə tətil edərkən marixuanalı siqaret çəkərkən görüntülənmişdi. Kameran buna önəm vermədən çəkməsinə davam etmişdi.

Bir müddət Kadir İnanırla eşq yaşaması ilə gündəmə gələn maniken Funda Öncü 1995- ci ildə ekstazi həb istifadə etdiyi üçün tutulmuş və bir müddət həbsxanada qalmışdı.

Tanınmış aktyor Eddi Mörfi Los-Ancelesdə səhərə yaxın yol kənarında transseksual bir fahişəylə yaxalanmışdı. O, polisə centlemenlik edərək qadını evlərinə aparmaq  üçün maşınına mindirdiyini deyib.

Leyla Adalı: Tanınmış rəqqasənin narkotik istifadə etməsini futbolçu sevgilisi açıqlamışdı. Bunu inkar etməyən Adalı sevgilisi ucbatından buna aludə olduğunu demişdi. Rəqqasə ilə birlikdə maniken Esen, Semra Türelin oğlu Murat Türel və Ebru Şimşek də saxlanılmışdı.

Zümre: Əsl adı Ayşe Sarıkavak olan rəqqasə kokain istifadə etdiyi üçün tutulmuşdu. Qonaq olduğu proqramların birində “dostlarımın qurbanı oldum ,ancaq evə gəldiyimdə dəstəmaz alıb tövbə etdim”, – deyib.

Türk sinemasının klassiklərindən olan Hüseyn Paydanın narkotik istifadəçisi olması uzun illər birgə çalışdığı Atif Yılmazın 1996-cı ildə çapdan çıxan kitabında qeyd edilmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir