autizm

“Autizm bir fərqlilikdir” – PSİXOLOQ DANIŞIR

Baxış sayı: 705

2 aprel – Dünya Autizm Məlumatlandırma Günüdür. Autizm, emosional təzahürlərin və ünsiyyət sferasının açıq şəkildə çatışmazlığı olan zehni və psixoloji inkişafın pozulmasıdır. “Autizm” sözü – öz daxili aləmi olan insan və ya öz içindəki insan deməkdir. Belə bir xəstəlikdən əziyyət çəkən insan heç vaxt öz emosiyalarını, jestlərini və şifahi müraciətini başqalarına göstərmir və onların hərəkətləri çox vaxt ictimai məna daşımır.

Bir çox valideyni bir sual narahat edir ki, uşağın autizm olduğunu necə başa düşmək olar və bu xəstəlik ilk dəfə hansı yaşda özünü göstərir? Çox vaxt bu diaqnoz 3-5 yaş arası uşaqlara qoyulur və erkən infantil autizm və ya “Kanner” sindromu adlanır. Bu xəstəliyin kliniki təzahürləri, eləcə də müalicə prinsipləri autizm formasından asılıdır və ən çox üz ifadələrinin, jestlərin, nitqin ucalığının və başa düşülməsinin pozulması ilə özünü göstərir.

Almara

“Gencaile.az” saytının daimi eksperti, PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızı deyir ki, dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da bu sindromla doğulan uşaqların sayı artmaqdadır. Bu problemin həllinə diqqətin yönəldilməsi çox vacibdir. Mən də ilk öncə 15 yaşlı bir autizm sindromundan əziyyət çəkən  övladın anası olaraq və bir professional  psixoloq olaraq bunu vurğulamaq istərdim ki, autizmli uşaqlarla yanaşı, onların valideynlərə də dəstək və anlayış göstərilməlidir. Bu məsələ ilə bağlı proqramların hazırlanması, mərkəzlərin yaradılması, cəmiyyətin maarifləndirilməsi mühüm məsələlərdəndir. Biz cəmiyyət olaraq bu məsələyə baxışımızı dəyişməliyik və bu, kompleks şəkildə həyata keçirilməlidir. Ölkəmizdə sözügedən sindrom üzrə mütəxəssislərin yetişdirilməsinə çox böyük ehtiyac var. Dünyada autizm sindromlu uşaqlar tamhüquqlu şəxs olaraq yetişir və normal insanlardan seçilmirlər. Ölkəmizdə də buna nail olmaq üçün autizm sindromlu uşaqların təhsilə cəlb edilməsi çox vacib məsələrdəndir.Çox sevindirici haldır ki,artıq inklüziv təhsilə çəlb olunan məktəblərin sayi xeyli çoxalıb 36 yaxın məktəblərdə atipik uşaqların inklüziv təhsil ilənməktəbə qəbulu  mümkündür

Psixoloq Almara xanım deyir ki, statiskaya əsasən öndə gedən ölkələrdən olan Amerikada hər 100 uşaqda 36 cı uşaq  autizm sindromlu doğulur və bu say hər il daha da coxalır.Hazırda bizim  ölkədə də Autizmli sindromlu uşaqların sayında artım nəzərə çarpır. Buna görə də erkən diaqnoz nə qədər tez qoyulsa, müsbət nəticə əldə etmək bir o qədər asan olar. Bu sindromla dunyaya gələn uşaqlar göz təmasından qaçır, səsə reaksiya vermir,emosiaları kasad olur, gülümsəmir, davamlı bir nöqtəyə baxır və ya flrlanan əşyalara uzun müddət baxır,hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq mənfi reaksiya verir, tək qalmağı sevir, təmasdan və qucağa alınmaqdan xoşları gəlmir.Sosial sferada kontakt qurmaq,yaşıdları ilə ünsiyyət  etmək və ya cəmiyyətə qarışmırlar, həmin uşaqlara ətraf mühit maraqsız olur. Halbuki tipik uşaqlarda belə hallar olmur. Övladında bu cür halları müşahidə edən valideyn mütləq doğru mütəxəssisə müraciət etməlidir”.

Autizmi tanıdıqdan sonra dövlətimiz tərəfindən də bu sindromdan əziyyət çəkənlərə  diqqət göstərilir.Onları tibbi komissiyadan keçirərək uşaqlara təqaüd ayrılır.

Mətəxəssis vurğulayır ki,təəsüf ki, Azərbaycan cəmiyyətinin autizm haqqında yetərli məlumatı yoxdur: “İnsanlar əsasən övladlarında bu problem aşkarlanandan sonra məlumatlanırlar.Baxmayaraq ki, sosial şəbəkələrdə  Autizm sindromu haqqında paylaşımlar qarşımıza  cıxır bəziləri illərlə uşağın probleminin nə olduğunu anlamır və zamanında həkimə müraciət etmirlər. Ətraf  bu problem haqqında məlumatlı olmadığından uşaq özünü qeyri-adekvat apardığında  cəmiyyətimizdə elə uşaqlara müəyyən təzyiqlər olur. Cünki cəmiyyətin yaşlısı da cavanı da belə bir sindromlu insanla necə yanaşmalı olduğunu  bilmir. Bu zaman həm valideyn, həm də uşaq daha çox evə qapanır. Valideyn uşağın hərəkətlərindən utandığından onu evdən bayıra çıxarmağa ehtiyyat edir. Mən özüm  bir valideyn olaraq oğlum kiçik olanda bu hallarla xeyli rastlaşmışam. Ancaq cəkinməmişəm o qəribə baxışlardan, o edilən təzyiqlərdən.  Buradan əzizim özəl balaların ÖZƏL  ANA larına səslənirəm ki, övladlarına görə utanmalı deyillər.” Əksinə, siz daha əzmli, daha güclü və daha çox ANAsınız. Bu həyatda belə sindromlu övladlarımız üçün edəcəyimiz ən böyük yaxşılıq onları zamanında doğru şəkildə reabilitasiyaya cəlb  edib cəmiyyətə inteqrasiyasını tezləşdirməkdir. AUTİZM BİR FƏRQLİLİKDİR.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir