uşaq

Azərbaycanlı analar amerikalı alimlərə qarşı – BİZİM SORĞU

Baxış sayı: 2. 026

Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, artıq 15 aylıqdan uşaqlara qəzəb və qayğı hisləri tanışdır. Vaşinqton araşdırma mərkəzinin tədqiqatçıları 150 nəfər bir yaşından yaş yarıma qədər olan körpə üzərində təcrübə aparıblar. Uşaqlar bu müddətdə iki böyük uşağın oyuncağa görə dalaşdığının şahidi olublar. Aydın olub ki, körpələr otağa “qəzəbli” böyük daxil olduqda çəkinərək əllərindəki oyuncağı yerə qoyublar, əksinə “xeyirxah” böyük gəldikdə isə həvəslə oyunlarına davam ediblər.

Beləlikə, tədqiqatçılar müəyyənləşdiriblər ki, ətrafdakıların emosiyaları hətta başqalarına yönəlmiş olsa belə uşaqlara 15 aylıqdan məlum olur. Mütəxəssislərin rəyinə görə, bu uşaqların özünütənzimləmə funksiyasının tərbiyəsinə başlamağın əsl zamanı ola bilər.

Ancaq azərbaycanlı analar başqa fikirdədir, onlar hesab edir ki, amerikalı alimlərin araşdırması məntiqsizdir – onların övladlarının standartlarından daha aşağıdır. Hər halda, apardığımız sorğudan belə qənaət hasil etmək olur.

Buyurun, respondentlərimizin cavabları:

 Nuranə Abbasova, jurnalist:

–        Mən şəxsən  öz təcrübəmdən deyim –  Mənim qızım 9 aylığından etibarən ətrafdakıların reaksiyasını anlayır. Məsələn, bunu yoxlamaq üçün onunla bir az aqressiv danışmışam, qışqırmışam görmüşəm ki, əsəbi olduğumu başa düşür və ağlamağa başlayır, dərhal üzünə gülüb öpdükdən sonra isə gülür, ya da nəyisə qadağan edirəmsə, onu başa düşür.  Bilmirəm, bütün uşaqlarda belədir, ya yox – ancaq bizimki təhlükələri başa düsür artıq. Bir də ki,  hərdən yoldaşımla dalaşanda ağlayır, qorxur bir-iki dəfə olub, onda hələ 5 aylıq idi, başa düşürdü ki, dalaşırıq, sonradan necə deyərlər daha yığışdırdıq özümüzü.


cry-baby-trump2

Sevinc Uğurlu, müəllimə:

–        1 yaş 3 aydan da tez reaksiyaları anlayırlar. Amma hər  uşaqdan uşağa da fərq var. Bəzi uşaqlar daha tez anlayırlar, bəziləri isə bir az gec. Qızım Aynur 3 ayından mənim reaksiyalarıma öz reaksiyası ilə cavab verir. Mən ona gülümsəyəndə o da tez gülümsəyir. Məni hirsli görəndə gülmür. Bayaq oğlum Uğura qışqırdım, o da dodağın büzüb ağlayır. Bərk qışqıranda isə qorxur.

Esmira Ağayeva, psixoloq:

–        Uşaqlar fərqli olur. Hər bir uşağın özünəməxsus instiktləri, duyğu, qavrama hissləri vardır. Məncə, körpə artıq nəinki bir yaşından, 3-cü ayından etibarən ananın səsinin tonundakı dəyişikliyi ayırd edə bilir, həmçinin  bunu öz mimikaları ilə biruzə verir.1383074221-baby

Vüsalə Ağahüseynova, filoloq:

–        Әslindә, inkişaf hәr uşaqda başqa cür gedir, biri daha tez dәrk edir, biri daha tez danışır, o biri daha tez yeriyir, qaçır, biri isə gec vә s. Elә 1 yaşında uşaq var ki, artıq rәqәmlәri tanıyır, 5-ә kimi sayı bilir, yanında sayanda әllә göstәrir vә yaxud deyәndә neçә yaşın var әli ilә göstәrir, digәri isә bunu etmәyә bilәr, başqa tәrәfdәn özünü daha yaxşı göstәrәr.

Öz uşağımdan danışım – 6-7 aylığından ata-anasını tam dәrk edir, reaksiya verir, hәtta 7 aylığın içindәn olanda “ata dә dә” deyirdi, yәni “ata gәl”. Körpәlәrin valideynә reaksiyasi tәbii ki, xoş münasibәtә göstərmək, tәbәssümlә reaksiya vermәkdir. Bir az pis münasibәt göstәr, tәbii ki, ağlamaqla reaksiya verәrlәr bir çox körpәlәr. Elә körpәlәr dә var ki, hәr şeyә gülmәklә reaksiya verirlәr. Bizimki әn çox xoş münasibәtә reaksiya verir, kimdәsә mәnfi reaksiya görsә, daha getmәz qucağına. Allah körpәlәrimizi qorusun.

Fatma Mikayılova, satış meneceri:

–        Məncə, uşaqlar doğulandan ata-ananı tanıyır. Ancaq nəyəsə reaksiya verməyi nəzərdə tutursunuzsa, 3 ayından başlayır, az-az hərəkətləriylə bunu göstərməyə.

Sənubər Əliyeva, evdar qadın:

–         Amerikalı alimlər özünə gülür. 3 uşaq anasıyam, 3 ayından uşaqlarım hər şeyə reaksiya verirdi, ona yaxınlaşan insanın hissini duyurdu.

Hazırladı: Səbinə

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir