Zumrud

Azyaşlıların dişləmək davranışını necə aradan qaldırmalı? – “SEANS VAXTI”

Baxış sayı: 444

Dişləmə təxminən 2 yaş və daha sonra  baş verən bir haldır. Bu inkişaf  dövründə uşaq müxtəlif səbəblərdən dişləyir: ağızdan həzz almaq, kəşf etmək, diş çıxarmaq. Sonrakı yaşlarda insanlardan reaksiya almaq üçün dişləyir.  Uşaqların duyğularını göstərmək üçün dişləmələri müşahidə edilə bilər. Həmin an hisslərini ifadə etməyə söz tapa bilməyəndə reaksiyalarını (mənə diqqət yetir!) daha asan şəkildə – dişləməklə göstərirlər.  Dil inkişafı və mübarizə bacarıqları formalaşdıqca dişləmə yaşla azalır. Ancaq dişləmə  vərdişə çevrildiyindən,  daha çətin ola bilər. Əgər dişləmə vərdiş halına gələrsə, uşağın sosial həyatına da təsir edə bilər.

 

Uşaqlarda dişləməyin necə qarşısını almaq  olar?

Uzun izahatların 1-2 yaşlı uşağınız üçün mənası olmadığı üçün qısa bir əmrlə (“Xeyr”) eyni zamanda zərifcə çənəsinin altına toxunun. Əgər uşağınız qəzəbdən dişləyirsə, onun qəzəbləndiyi vəziyyətləri müşahidə edin və bu halları aradan qaldırmağa çalışın. Digər yaşlı  uşaqlar üçün vacib olan ilk şey dişləmə vərdişini görən kimi müdaxilə etməkdir. Bu halda uşağınızı dişlədiyi adamdan uzaqlaşdırın.

 

1) Sakit və qərarlı olun. Uşağınıza dişləmənin düzgün olmadığını qısa və aydın şəkildə çatdırın. Uzun izahatlardan çəkinin.

2) Alternativlər təklif edin. Uşağınıza dişləmə davranışını etməməli olduğunu izah etdikdən sonra ona dişləmək əvəzinə istifadə edə biləcəyi alternativ sözləri deyin (“yox”, “dayan” mənimdir” və s.).

3) Yönləndirin. Gənc uşaqlarda onların diqqətini yayındırmaq dişləmə davranışının qarşısını almağa kömək edə bilər. Ancaq böyük uşağınızın enerjidən və ya cansıxıcılıqdan dişlədiyini müşahidə etmisinizsə, onun enerjisini müsbət sahələrə (rəqs etmək, rəsm çəkmək, qaçmaq və s.) yönəldə bilərsiniz.

Hər bir halda dişləmə artıq vərdiş halını alıbsa, mütəxəssisə müraciət edin

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir