SAGLAMLIQ

Bədəni daha güclü və sağlam edən MÜHÜM QAYDALAR

Baxış sayı: 192

Affirmasiya (lat. affirmatio – təsdiq etmə) – müəyyən qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələb edilən obrazın, yaxud fikrin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması, həyatda müsbət dəyişikliklərin stimullaşdırılması deməkdir.

Bionergetiklər xüsusilə indiki dövrdə sağlamlığın qorunması ilə bağlı bir neçə affirmasiyaları həyata keçirməyin vacibliyini vurğulayır. Bu affirmasiyalar özünəəminlik yaradır, qorxu və stress nəticəsində meydana çıxan xəstəliklərin yaranmasının qarşısını alır. Sözsüz ki, bu da yeni növ koronavirus pandemiyası ilə effektiv mübarizə aparmağa yardım edir.

Affirmasiyanı ürəkdə və ya ucadan oxumaq, dəfələrlə yazmaq, hətta mahnı kimi oxumaq mümkündür. Gəlin onları nəzərdən keçirək…

• Bədənimin bütün orqanları mükəmməl işləyir.

• Bədənimdəki bütün hüceyrələr daim yenilənir və hər gün daha sağlam olur.

• Gənc və sağlam bədənimi sevirəm.

• Bədənim idealdır, özünü müalicə edən bir mexanizmdir.

• Bədənimin hər hüceyrəsini sevirəm.

• Hər gün daha sağlam olur və güclənirəm.

• Bədənim tez sağalır.

• Səhhətim əladır və gənc bədənim var.

• Düşüncələrim təmiz, bədənim isə sağlamdır.

• Bədənimin hər hüceyrəsi enerji və sağlamlıq verir.

• Bədənimi sevirəm və hörmət edirəm.

• Hər gün sağlamlığım üçün minnətdarlığımı bildirirəm.

• Sağlam qida həyatımın ayrılmaz hissəsidir.

• Bədənim gündən-günə cavanlaşır, daha güclü və sağlam olur.

Yadda saxlayın ki, affirmasiyanın təkrar edilməsi nəticəsində əldə olunan effekti maksimallaşdırmaq məqsədilə aşağıdakı qaydalara riayət edilməlidir:

Fikir indiki zamanda və fakt şəklində formalaşdırılmalıdır. Yalnız pozitiv fikirlərdən istifadə edilməlidir, neqativ fikirlərdən isə yayınmaq tələb edilir. Affirmasiya qısa, eyni zamanda parlaq və obrazlı şəkildə ifadə edilməlidir. İkimənalı sözlərdən və aydın olmayan anlayışlardan istifadə edilməməlidir. Fikir konkret ifadə edilməlidir. Affirmasiya insanın fərdi xüsusiyyətlərinə uyğun olaraq seçilməlidir, özünəinam hissi aşılamalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir