nar

Bədəni xəstəliklərdən müdafiə edən 8 möcüzəvi payız məhsulu​

Baxış sayı: 196

Havaların soyuduğunu nəzərə alaraq orqanizmamımızı belə havalardan müdafiə edən 8 möcüzəvi payız nemətini istidafə etməyi unutmamalıyıq. Bu yazıda oxucular meyvə və tərəvəzlərinin faydalı xassələrilə tanış olacaqlar.

 

Alma

Alma antioksidant və bir çox faydalı maddələrin əsas mənbəyidir. İstər darçınlı alma piroqu, istərsə də, alma salatı payız üçün ən faydalı yeməklərdən biridir. Onu da yadda saxlayın ki, piroqun üzərinə və salata darçın səpmək şirniyyat istəyini azaltmağa kömək edir.

Alma mövsüm yorğunluğu, zəiflik, qanazlığı, ürək-damar xəstəlikləri ilə mübarizə aparmağa kömək edir. Alma qabığı dərini nəmləndirir və həzmə kömək edir, həmçinin görmə qabiliyyətini yaxşılaşdırır.

 

Brüssel kələmi

Brüssel kələmi çoxlarının sevmədiyi tərəvəz olsa da, faydalarını saymaqla bitmir. İlk növbədə qeyd etmək lazımdır ki, brüssel kələmi dəmir baxımından çox zəngindir. Zövqə görə kələm salatı və ya başqa bir xörək hazırlaya bilərsiniz.

 

Armud

C vitamini ilə bol olan armudu salatlara çir halda əlavə edə, yaxud tart hazırlaya bilərsiniz. Armud – əsl təmiz enerji mənbəyidir. Onda olan vitaminlər yorğunluq və depressiya ilə mübarizə aparmağa kömək edir. Armudun tərkibinə böyük miqdarda bioaktiv maddələr daxildir.

 

Gül kələmi

Bütün payızı sağlam və gümrah olmaq istəyirsinizsə, gül kələmini qida rasionunuza əlavə etməyə dəyər. Çünki gül kələmi dəyişkən havalarda qripdən qorunmaq üçün ən çox ehtiyacımız olan C vitamini ilə zəngindir.

 

Balqabaq

Balqabaq da payızın əvəzolunmaz bitkisidir. Balqabağın təkcə plovu deyil, şorbası və piroqu da çox dadlı olur. Balqabaq mürəbbəsi isə beyin fəaliyyətini qüvvətləndirir. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir.
Balqabaqda B qrupu, C, E, D, РР vitaminləri, həmçinin orqanizmdə mübadilə proseslərinə təsir edən nadir T vitamini saxlanılır. Balqabaq orqanizmi pis xolesterin, toksin və şlaklardan təmizləyir.

 

Nar

Nar bir neçə müalicəvi xassələr malik olan möcüzəvi meyvədir. Nar şirəsi iştahanı qaldırır, mədənin fəaliyyətini tənzimləyir və ağrını azaldır. Çiçəklərindən soyuqdəyməyə qarşı, toxumlarından isə sarılıq xəstəliyində, ürək döyünməsində, sinə ağrılarında və iştahanı qaldırmaq üçün istifadə edilir.

 

Fırnıx

Şirniyyatı əvəz edən faydalı və nadir meyvələrdən biri fırnıxdır. Xurmanın insan orqanizminə böyük xeyri var. Xurmada olan fosfor, beynin ehtiyaclarını qarşılayır. Yorğunluğu aradan qaldırır. Onda eyni zamanda B1 və B2 vitaminləri var. Bu vitaminlər zehini və sinir sistemini sakitləşdirir.

 

Göbələk

Göbələk zülal tərkibinə görə liderdir. Aterosklerozun qarşısını almağa kömək edir və pis xolesterin yaranmasına mane olur. Göbələk piyləri də parçalamağa kömək edir.

Pis hava şəraiti yenə kədərlənmək üçün bəhanə deyil. Payız meyvə və tərəvəzləri mövsüm yorğunluğundan və pis əhval-ruhiyyə ilə mübarizədə ən yaxşı vasitədir. Odur ki, qida rasionunuza mövsümi məhsulları daxil edin və öz orqanizminizi gələn mövsümədək lazımi miqdarda vitamin, mikro və makrolementlərlə təmin edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir