terleme

Bədənin titrəməsinin əsas səbələri hansılardır?

Baxış sayı: 619

Əslində bədənin titrətməsi, yaxud əsməsi orqanizmin təbii mexanizmidir. İstiqanlı heyvanlarda, həmçinin insanın bədənində daxili temperatur pozulduqda orqanlara lazım olan hərarəti saxlamaq üçün orqanizmdə bu mexanizm işə düşür.

Beləliklə, mütəxəssislərin insanın titrəmə və ya əsməsinin üzə çıxardığı əsas səbəblərini diqqətinizə çatdırır.

Hərarətin kəskin qalxması və enməsi, hətta 5-10 dərəcə belə dəyişməsi təhlükəlidir. Ona görə həkimlər bədənin hərarəti 38-dən yuxarı qalxdıqda, 35-dən aşağı düşdükdə, bunu hansısa xəstəliyin əlaməti kimi qəbul edir.

Bəzi hallarda titrəmə faydalıdır, bəzi hallarda isə yox. Məsələn, insan birdən soyuq suya girəndə titrədir, bu zaman bədən daxili hərarətini tənzimləyir.

Bəs, bədənin titrəməsinin əsas səbələri hansılardır?

Soyuqdan donanda

Əgər havanın temperaturu kəskin düşübsə, dəri və əzələlər soyuyur, onların hərarəti enir. Bu, normaldır. Çünki orqanizm qanın əsas dövriyyəsini daxili orqanlara yönəldir, dəri və əzələlər elə də vacib deyil. İnsan çox soyuqda qalanda, donmaq təhlükəsi yarananda əzələlər aktivləşir, bədən titrəyir. Bu siqnalı hipotalamus vəzisi verir, temperatur mərkəzi orda yerləşir.

Zərif, arıq, çəlimsiz adamlar soyuqda daha çox istilik sərf edir və tez donurlar. Piyli, iri cüssəli insanlar nisbətən gec donur, çünki piy sürətli istilik itkisinin qarşısını bir qədər alır.

İdmançılar, əzələli insanlar da soyuğa davamlıdır. Çünki əzələ kütləsi “əlavə soba” deməkdir, titrəmə isə əbədi olmur.

Körpələr soyuqdan titrəmir, çünki onlarda bu mexanizm hələ tam işə düşməyib.

 

2. Yüksək hərarət

Orqanizmə patogen mikrob, virus, bakteriya düşdükdə immun sistemi müdafiə gücünü işə salır. Bu metodlardan biri də daxili hərarəti qaldırıb, təhlükəli mikrobları öldürməkdir. Ona görə hərarət 39-a çatandan sonra qızdırma salan dərmanlar atmaq lazımdır.

Bəs istidə insan niyə titrəyir? Çünki bədənin hərarəti qalxdıqca, insanın bədənindən ətrafa istilik yayılır, orqanizm isə bunu soyuq kimi qəbul edir və titrətmə mexanizmi işə düşür. Ona görə ev isti olsa da, qızdırmalı insan “donuram, soyuqdur” deyə yorğan altına girir. Bədənin susuzlaşması da titrətmə yaradır. Ona görə xəstə bol maye içməlidir.

 

3. Stresdən titrətmə

Şok effektli hadisələr zamanı, hətta xoş gündə belə insan stresdən, təşvişdən titrəməyə düşür. Bu titrəməni qana güclü adrenalin sıçraması yaradır. Bu zaman nə xaricdə, nə orqanizmin daxilində heç bir hərarət dəyişməsi baş vermir, hər şey normadadır.

Amma adrenalin qanda istilik yaratdığı üçün insan titrəyir və tərləyir. İnsanın bədənində ürpənmə, əllərdə uyuşma ola bilər. Bu zaman üzə su vurulmalı, idman hərəkətləri etməklə adrenalini qovulmalı, sakitləşdirici dərman və ya çay içilməli, su qəbul edilməlidir.

 

4. Narkozdan sonrakı titrətmə

Buna postanestetik titrətmə deyilir. Buna səbəb xəstəyə vurulan anestetik, yəni narkoz preparatlarıdır. Onlar əməliyyat zamanı orqanizmin termotənzimləyici sistemini söndürür. Ona görə xəstə əməliyyatdan sonra soyuq hiss edir. Bu titrətməni adi isti adyal və isti maye ilə azaltmaq olar. Əgər keçmirsə, o zaman dərman verilir.

 

5. Qanda şəkər çatışmazlığı

Əgər insan uzun müddət susuz, yeməksiz qalsa, qanda qlükoza enir və bədən həyəcan təbili çalaraq titrəməyə başlayır. Buna tibbdə hipoqlikemiya deyilir. Bu zaman insan təcili qida və maye, həmçinin şirniyyat qəbul etməlidir ki, qlükoza tez qalxsın.

Eləcə də qalxanvarı vəzidə problemlər olan qadınlar tez-tez və səbəbsiz yerə titrətmə hiss edir. Çünki qalxanvari vəzi termotənzimləyici orqanlardan biridir. Hormon çatışmazlığı olduqda, insan bir qədər aşağı temperaturda belə sanki donur, titrədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir