Bagca

Bağçanızdakı güllərə necə qulluq etməli?

Baxış sayı: 144

Çiçəklərinizin inkişaf edə bilməsi üçün onların torpağı əhəmiyyətlidir. Torpaq mütləq qumlu, gilli və gübrəli olmalıdır. Drenajı olmalı su torpaqda yığılmamalıdır.

Qızılgüllərinizin sağlam olmasını istəyirsinizsə, payızda və yazda gübrələməyi unutmayın. Payızda NPK gübrələrindən (N: azot, P: fosfor, K: potasium) P və K miqdarı çox olan gübrələrdən istifadə etsəniz, bitkiniz qış soyuqlarına və xəstəliklərinə qarşı güclü olar. Orqanik gübrə ilə də gübrələyə bilərsiniz. Xüsusilə qış soyuqlarında bitkinizin köklərini isti tutar. Yazda isə NPK gübrələrindən N-P səviyyəsi yüksək gübrələri seçin.

Qızılgüllərin çiçək açmamasının bir digər səbəbi isə budama ilə bağlı yanlışlıq ola bilər. Qızılgüllərinizin dibindən çıxan əlavə budaqları kəsin. Çünki bu budaqlar bitkini zəiflədir. Həmçinin qalın və çox budaqlayan qismləri budasanız, bitkinizin çiçək açmasına kömək edərsiniz.

Qızılgüllərinizin çiçəyi azdırsa, deməli, kifayət qədər günəş görmür. Ümumiyyətlə, bütün güllər gün ərzində mütləq ən az 3-4 saat günəş görməlidir. Çünki tumurcuqların açılması üçün günəşə ehtiyac var. Günəş çiçəkləri qidalandırır və böyüdür.

Əgər qızılgüllərinizi dibçəkdə saxlayırsınızsa və onlar solğundursa, problem dibçəyin kiçik olmasından qaynaqlana bilər. Bitkini diqqətli şəkildə dibçəkdən çıxarın və daha böyük bir qaba yerləşdirin. Bitkinizin torpağındakı vitamin və mineralları sürətli bir şəkildə almasını istəyirsinizsə, sulamaya diqqət edin. Çünki torpaqdan vitaminini və mineralını çox alan bitki gözəl və sürətli böyüyür. Qızılgüllər yazda daha çox suya ehtiyac duyur. Buna görə sulama qızılgüllər üçün əhəmiyyətlidir. Torpaq quruduqca su verilməlidir.

Əgər qızılgülləriniz çox tez həşəratlanır və göbələk xəstəliyinə yaxalanırsa, dərmanlamaya diqqət edin. Payızdan etibarən qulluq dərmanlarına başlayın. Həşərat sürfələri qış fəslində bitkidə gizlənir, yazda artıq yaranmağa başlayır. Bitkinizin xəstəlik formasına əsasən insektisit və fungusit dərmanlarını bir mütəxəssislə məsləhətləşərək vurun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir