qehve

Bağırsaqları sağlam edən içkilər

Baxış sayı: 499

Bağırsaqlara müsbət təsir edən içkiləri açıqlanıb. Bu barədə həkim Cozef Selhab danışıb.

“Bunlardan birincisi qara qəhvədir. Xüsusən qaraciyər piylənməsinə qarşı bu içki antioksidant təsir edir. Qaraciyərin xərçəngi, sirrozu riskini azaldır. Kofein metobolizmi artırır, piyləri, kaloriləri yandırır, bununla da piylənmənin qarşısını alır.

Qəhvə içməyənlər eyni təsirə malik yaşıl çay içə bilər. Yaşıl çayda olan maddələr bağırsağa da əla təsir edir.

Daha sağlam içki istəyənlər blenderdə meyvə və tərəvəzləri qarışdıra bilər. Bu içkilər həm toxluq verir, həm də vitaminlərlə təmin edir. Bağırsaq mikroflorası onun sağlamlıq açarıdır. Bağırsaq iltihabına qarşı pro və prebiotiklər vacibdir. Əgər bu qidaları yesəniz, beyin, psixi sağlamlığınız da düzələ bilər. Probiotik tərkibli qidalar kələm, fermentləşdirilmiş turşular, qatıq, kefir, yoqurtdur”, – həkim qeyd edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir