qurabiye

Bakı qurabiyəsini BELƏ HAZIRLAYIN

Baxış sayı: 2. 539

Azərbaycanın ləzzətli milli şirniyyatları var. Hər bölgənin özünəməxsus dadlı şirniyyatları çay süfrələrinə xüsusi ləzzət verir. “Gencaile.az” sizə Bakı qurabiyəsinin reseptini verir.

 

1 kq məmulat üçün lazım olanlar:

589 q əla növ un

354 q kərə yağı

153 q qənd kirşanı

35 q yumurta (ağı)

30 q alma yaxud qaysı əzməsi

30 q qənd

 

Hazırlanma qaydası:

Kərə yağı, qənd tozu və yaxud qənd kirşanı ilə qarışdırıldıqdan sonra ona yumurta ağı, ələnmiş un vurulur və hamısı birlikdə yenidən qarışdırılır. Xəmirin temperaturu 18 C-dən yuxarı olmamalıdır. Sonra xəmir borulu qənnadı kisəsinə yerləşdirilərək sıxılır və soba qabına çobanyastığı formalı fiqurlar hazırlanıraq düzülür. Bişirməzdən qabaq qurabiyənin ortasına oyuq açılır və 250 dərəcədə 10 dəqiqə müddətində sobada bişirilir. Bişdikdən sonra oyuqlara qənd kirşanı ilə meyvə püresi doldurulur. Süfrəyə verilən zaman qurabiyənin üstünə qənd kirşanı səpilir.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir