yemeye ne var

Balıq küftəsini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 551

“Gencaile.az saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə balıq küftəsinin hazırlanma qaydasını təqdim edəcəyik.

 

Ərzaqlar:

Balıq – 200 q.

noxud – 20 q.

düyü – 15 q.

alça – 10 q.

kartof – 150 q.

baş soğan – 20 q.

zəfəran – 0,05 q.

istiot, duz

 baliq kuftesi

Hazırlanma qaydası:

Nərə və ya uzunburun balığın əti baş soğanla ətçəkən maşından keçirilir. Qiyməyə düyü, duz və istiot qatılıb qarışdırılır. Qiymədən hər paya 1-2 ədəd küftə hazırlanır, içərisinə 2 ədəd alça qurusu qoyub yumurlanır. Balığın yeyilməyən hissəsindən hazırlanmış bulyon süzülür, əvvəlcədən isladılmış noxud yarı olunca bişirilir. Sonra ardıcıllıqla balıq ətindən hazırlanmış küftələr, kartof, xırda doğranmış soğan əlavə edilir, zəfəran şirəsi vurulub hazır olunca bişirilir.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir