baliq yagi

Balıq yağı ilə dərinizi gəncləşdirin – RESEPTLƏR

Baxış sayı: 201

Dərini gəncləşdirən təbii maska reseptlərindən istifadə edərək daha sağlam və gözəl görünə bilərsiniz.

“Gencaile.az” dərini gəncləşdirib gözəlləşdirən maska reseptlərini təqdim edir:

 

Dərini möhkəmləndirmək üçün yumurta maskası

Bir ədəd yumurtanın ağını ağ köpük əmələ gələnə qədər çalın. Göz və dodaq ətrafını çıxmaq şərtilə bütün dəriyə əllə və ya bir parça pambıqla sürtün. Quruyana qədər, təxminən 10-15 dəqiqə gözləyin və dərini ilıq su ilə yaxalayın. Olduqca asan hazırlanan bu maskanı mütəmadi olaraq, həftədə iki dəfə tətbiq etdikdə dərini dartan kremlərə pul xərcləməyəcəksiniz.

 

Dərini dartan maska

1 saat sonra vacib görüşünüz var və siz dərinizin parlaq və təravətli görünməsini istəyirsiniz? Onda bu maskanı hazırlayın.

1 çay qaşığı yaş maya və 1 çay qaşığı südü qarışdırın. Yaxşıca qarışdırıb göz və dodaq ətrafını çıxmaq şərti ilə üzünüzə sürtün. Yarım saat sonra dərini ilıq su ilə yaxalayın. Dərini dartan bu maska 20 yaşlarında olanlara ayda bir dəfə, 30 yaşlılara ayda iki dəfə, 40 yaşından sonra isə həftədə bir neçə dəfə çəkmək tövsiyə olunur. Mayanın tərkibindəki yüksək zülal sayəsində üz əzələləri dartılacaq və dəri daha hamar görünəcək.

 

Balıq yağı ilə dərinizi gəncləşdirin

Dərinizin sağlam və qüsursuz görünməsini istəyirsinizsə, balıq yağından imtina etməyin. Balıq yağı bütün apteklərdə satılır. Balıq yağı kapsulunu sındıraraq içindəki yağı bütün dəriyə yedirdin. Bunu həftədə bir dəfə tətbiq edin və fərqi hiss edin.

 

Göz altı qara halqalar və qırışlara qarşı

Pivə mayası kosmetika mağazalarında satılan bahalı kremlərlə eyni işi görür. Həm göz altındakı qara halqaları yox edir, həm şişkinliyi azaldır, həm də toxumaların büzüşməsini təmin edərək dərini gəncləşdirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir