Barmaq izləriniz və xarakteriniz – Yoxlayın…

Baxış sayı: 1. 449
Barmaq uclarına işıq altında diqqətlə baxdıqda burada xətlərin müxtəlif naxışlar əmələ gətirdiyini görərik. Bu naxışlar qövs, ilmə və buruq formasında ola bilər.
1. Qövs
Barmaq izləri qövsvari formada olan insanlara çox tez-tez rast gəlinir. Lakin adətən bu təsvir yalnız iki-üç barmaqda müşahidə edilir (10 barmaqda da qövsvari izlərin olması nadir haldır). Belə insanlar üçün fiziki potensial əsas deyil, onlarda psixoloji, şəxsi keyfiyyətlər hakimdir. Qövslərə sahib insanlar çox davakar xarakterə sahib olurlar.
Onlar heç vaxt digərlərinin fikri ilə ilə razılaşmırlar. Çünki özləri nəyin ağ, nəyin qara olduğunu yaxşı bilirlər. Hər hansı bir məsələdə məğlub olduqda, bütün digər işlərini ataraq həmin sahə üzrə çalışmağa başlayırlar.  Daim lider olmağa can atır və inadkar müdir olurlar.
2. İlmə
Barmaq izləri ilməni xatırladan insanlar temperamentə görə xolerikdirlər. 10 ilməyə sahib insanlar adi işlərdə çox enerjili, ekstremal hallarda isə passivdirlər. Çünki onlar məhdudlaşmış fiziki potensiala sahibdirlər. Adətən belə insanlar sevmədikləri monoton və darıxdırıcı işdə işləyərək tükənirlər.
Lakin bununla yanaşı onlar mehriban, tez uyğunlaşan, hər şeyə reaksiya verən, vəziyyətə görə səmimi, güzəştə gedən və təmənnasız kömək edə bilən insanlardır. Bu barmaq izinə sahib insanlar ideal rəhbərlərdir.
3. Buruq
Bu barmaq izinə sahib insanlar yaradıcılıq baxımından istedadlı, çox tez öyrənən, cəld şəkildə işə başlayan insanlardır. Lakin işə qarşı maraqları çox tez yox olduğundan sona qədər tamamlamırlar. Onlar yalnız özləri özlərini nəyəsə məcbur edə bilərlər. Böyük dözümlülüyə sahib olmalarına baxmayaraq, özlərinə xoş olmayan vəziyyətlərə dözə bilmirlər.
Daim özlərindən narazıdırlar və özlərinə əzab verən düşüncələrə çox meyillidirlər. Bu barmaq izinə sahib insanların əksəriyyəti zəif və temperamentli psixi vəziyyətə sahibdirlər və depressiyaya meyilli olmaqları ilə də seçilirlər.
Asan temperament növü olmadığı kimi, asan barmaq izləri də yoxdur. Bir çox hallarda çətin kombinasiyalar müşahidə edilir. Qövs və ilmə tipli barmaq izinə sahib insanlar ən aşağı zəhmət tələb edən işlərdə belə öz imkanlarından kənar çalışa bilərlər. İlmə və buruqların birləşməsi insanın böyük “ehtiyat”lara sahib olduğunu və ən çətin şərtlərlə belə bacara biləcəyindən xəbər verir. // Banker.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir