bald5

Başını keçəl etməyə hazırlaşanlara bir neçə məsləhət

Baxış sayı: 5. 966

Keçəl olmaq sizi təbii və dəbli göstərəcək.

Üstəlik keçəl olmaq baş dərisi və saç üçün xeyirlidir, saçlar daha gür bitirlər. Sonda iqtisadi baxımdan sərfəlidir. Beləki, bahalı şampun, maska, bərbərxanalara ehtiyac olmur.

Lakin keçəl olmaqdan əvvəl bunun bütün “hə” və “yox”larını götür-qoy etmək lazımdır. Bir neçə “yox” barəsində sizə danışmaq istəyirik.

Karyera

Müasir dünyada keçəllik artıq kriminala məxsus olduğunuzun göstəricisi deyil. Lakin əgər siz konservativ bir şirkətdə işləyirsiniz isə, sizin bu hərəkətiniz heç də hər kəs tərəfindən müsbət qarşılanmaya bilər.

Başınızın forması

Keçəl etməkdən əvvəl bərbər ilə məsləhətləşmək yaxşı olardı. İşini bilən usta sizə keçəlin yaraşıb yaraşmayacağını qabaqcada deyə bilər. Bəzən baş forması heç də keçəl üçün uyğun olmur. Amma risk də edə bilərsiz. Sadəcə mənfi fikirlərə hazır olmalısınız.

Həyat tərziniz

Hər gün (ya da üç gündən bir) baş qırxmaq ilk günlər bezdirici olur. Sonrada bu gündəlik əl-üz yumaq ənənəsinə daxil olacaq. Lakin siz özünüzü tənbəl və bütün buna həvəssiz olduğunuzu hiss edirsiniz isə, əvvəldən bu işə girməmək məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir