is-gorusmesi-735x400

Bayramdan sonra işə necə uyğunlaşmalı? – EKSPERT AÇIQLAYIR

Baxış sayı: 1. 869

Novruz bayramı ilə bağlı yaranmış 7 günlük tətili geridə qoyduq. Yeni iş həftəsində hər kəsi narahat edən işə adaptasiya prosesidir. Bayram məzuniyyətləri bizə gücümüzü bərpa etməyə kömək etsə də, yenidən işə qayıtdıqda uyğunlaşmağımıza çətinlik törədir. İlk baxışda məzuniyyətdən sonra birbaşa ofisə dönərək işə başlamaq olduqca asan görünür. Lakin heç də belə deyil.

Bəs tətildən sonra yaranmış tənbəllikdən ən tez şəkildə necə xilas olmaq olar? İşə adaptasiya olmaq üçün nə edilməlidir?

Bütün bu suallara cavab tapmaq üçün PRİM – “Psixososial Reabilitasiya və İnkişaf Mərkəzi”nin direktoru, psixoloq M.Almara Ağaqızına müraciət etdik.

Almara Melikova

Psixoloq deyir ki, bayram günlərindən sonra yenidən iş həftəsinə başladıqda onlarda işə adaptasiya prosesi müəyyən mənada çətin olur. Xüsusən də bu hal istirahət günləri uzun olanda daha çox baş verir. Əslində bəzən insanlar belə düşünür ki, istirahət və tətil günlərinin müddəti nə qədər uzun olsa o qədər yaxşıdır, çünki enerji toplayıb əvvəlkindən də aktiv bir şəkildə işlərimizin başına dönə bilərik. Ancaq, bəzən tam əksinə olur, çünki rahatlığa, evdə istirahət etməyə öyrəşdikdən sonra  yenidən işə qayıtmaq, adaptasiya olmaq çətin olur.

Mütəxəssis deyir ki, qeyri-iş günlərində  iş və özəl həyatla bağlı sorğulardan uzaq qalmalısız. Bu sorğulamalar psixoloji olaraq daha çox qayğılanmağınıza və yorulmağınıza səbəb olacaq: “Belə olduğu halda tətilə çıxmağınızın sizin üçün bir mənası qalmaz” deyən Almara Ağaqızı əlavə edir ki, tətildən qayıtdıqda önəmli toplantılar, layihələr anidən özünüzü çox dəyişik hiss etməyinizə səbəb ola bilər. Bu səbəbdən də, işgüzar həyatınızın ilk həftəsini uyğun şəkildə proqramlamağa çalışmalısız.

Fikirlərini davam etdirən ekspertin sözlərinə görə, bayram günləri bitdikdən sonra işə adaptasiya vaxt alsa da, bu vaxtı qısaltmağın başqa yolları da var: “Həm işçilərin, həm də rəhbər işçilərin müəyyənləşdirdiyi kiçik planlarla bu prosesi daha asan keçmək mümkündür. İşə getməzdən əvvəl hazırlıq etmək, ilk iş həftəsinin çətin keçəcəyini əvvəldən qəbul etmək işə uyğunlaşmağı asanlaşdıra bilir. İlk həftə az, özünü çox yükləmədən işləmək həm sizin, həm də işgüzarlığınız üçün müsbət yatırım olacaq”.

Almara xanım həmçinin vurğulayır ki, tətildən daha səmərəli istifadə etmək insanlara işə daha tez adapatasiya olmasına kömək edir. Yaxşı olardı ki, müddətindən asılı olmayaraq tətil bitməmişdən bir-iki gün öncə insan özü üçün yarım günlük bir iş rejimi qursun. Bu, əsasən  iş rejiminə qəfil keçid zamanı yaşanan adaptasiya dövrünü daha rahat etmək üçün lazımdır.

 

Təqdim etdi: İlahə Atəş




5 şərh “Bayramdan sonra işə necə uyğunlaşmalı? – EKSPERT AÇIQLAYIR

  1. Ağa Osmanli

    Tətildən sonra işə adaptasiya ola bilməməyimiz gördüyümüz işə də öz mənfi təsirini göstərir

    Cavabla
  2. Şəhla Nadirova

    Bir çoxları bayramları səbirsizliklə gözlənilən məzuniyyət kimi yox, tənbəllik və bekarçılıq cəzası kimi qəbul edir. Təbii ki, belə vəziyyətdən sonra işə yorğun və üzgün qayıdan insan sadəcə stolun altına girib heç kimi görmək istəmir

    Cavabla
  3. Abbas Məmmədov

    məzuniyyətin və ya bayramın təşkili məsələsi işə adaptasiya prosesinə çox böyük təsir göstərir. Eyni zamanda, insanın sevdiyi işlə məşğul olması da insanın tez bir zamanda adaptasiya olmasına təsir edir

    Cavabla
  4. Psixoloq Kəmalə

    Araşdırmalara görə, tətildən sonra işə qayıtma sindromu depressiyaya səbəb ola biləcəyi üçün ciddi qəbul edilməli olan bir vəziyyətdir. Çünki uzun tətil dövrlərindən sonra iş həyatına uyğunlaşmaq asan deyil.

    Cavabla
  5. Samirə Arifqızı

    Cox aktual ve her zaman uzlesdiyim problemdi. Bu gun ise getmemis bu yazini oxudun ve meslehetlere emel etdim. Evvelkine nisbeten daha yaxsi alindi ilk gunum. Tesekkurler psixoloq xanima

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir