2024-02-23-10-26-23jxzfe8xspcsaf9pbnlkh_file

Beyin hüceyrələrini yeniləyən qidalar

Baxış sayı: 85

Antioksidantlarla zəngin qidalar beyin hüceyrələrini daha sürətli təmir edir və yeniləyir. Bəs, hansı qidalar antioksidantlarla zəngindir?

Beyin hüceyrələrini yeniləyən qidalar daha çox tərkibində Omeqa-3 olanlardır. Yediyiniz andan etibarən idrak funksiyalarına müsbət təsir edən qidalar bunlardır:

Çərəzlər:

Omeqa-3 yağ turşuları ilə zəngin olan çərəzlərin bol istehlakı beynə müsbət təsir edir. Xüsusilə qoz, badam, fındıq kimi qidalar tərkibindəki antioksidantlar və E vitamini sayəsində beyin hüceyrələrinin yenilənməsini təmin edir.

Ədviyyatlar:

Sarıkök, kəklikotu və rozmarin kimi ədviyyatlarda olan antioksidantlar beyin sağlamlığını qoruyur.

Meyvələr

Antioksidantlarla zəngin olan meyvələr yaddaş funksiyalarının inkişafına kömək edir. Antioksidantlar beyində sərbəst radikallara qarşı qoruyucu təsir göstərir. Qaragilə, çiyələk, böyürtkən, sitrus meyvələri antioksidant baxımından ən zəngin qidalar sırasındadır.

Yaşıl yarpaqlı tərəvəzlər

İspanaq, kələm kimi tərəvəzlərdə fol turşusu və B vitamini var. Bu qidalar yaddaşı gücləndirir və beyin funksiyalarını dəstəkləyir.

Xurma püresi:

Beynin qidası olaraq bilinən xurma vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Tərkibində A vitamini, C vitamini, kalium, dəmir və maqnezium var. Bu qida dəyəri sayəsində xurma püresi immunitet sistemini gücləndirir, hüceyrə sağlamlığını dəstəkləyir, bədəndəki sərbəst radikallarla mübarizə aparır, həmçinin beyin hüceyrələrinin bərpasını asanlaşdırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir