bas

Beyin yaşayış yerinin formasına görə dəyişirmiş…

Baxış sayı: 1. 535

Bioloqlar maraqlı araşdırma aparıblar və maraqlı da nəticə də əldə ediblər. Məlum olub ki, beyin yaşayış yerinə görə dəyişir.

Belə ki, müxtəlif formalı qəfəslərdə yaşayan siçanların koordinat hüceyrələrinin neyronlarını (grid-neyronlar) araşdıran mütəxəssislər müəyyən edib ki, ətraf mühit, xüsusən də canlıların yaşayış yerinin forması baş beyinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Alimlərin bu mövzuya həsr olunmuş araşdırmaları “Nature” jurnalında çap olunub.

Bioloq-alimlər dairəvi, dördbucaq, üçbucaq, altıbucaq formalı qəfəslərdə yaşayan siçanların koordinat hüceyrələrinin neyronlarını araşdırarkən bu qənaətə gəliblər.

Qeyd edək ki, gird-neyronlar insanlara və heyvanlara ətraf mühitdə istiqaməti təyin etməyə imkan verir.

Bu neyronların xüsusiyyəti ondan ibarətdir ki, onların heksaqonal quruluşlu torda təşkil olunmuş aktivizasiya sahələri var. Bir aktivizasiya sahəsi ilə digərləri arasında məsafə eynidir, altı qonşu sahə isə həmişə 60 dərəcə altında olur. Lakin alimlər müəyyən edib ki, bu, hər zaman belə olmur. Siçanların yaşadıqları qəfəslərin forması aktivizasiya sahələrinin hüceyrələrinin torunun formasına təsir göstərərək, onların düzgün olan strukturunu “pozur”.

Alimlər koordinat hüceyrələrinin neyronlarının davranışını əks etdirən riyazi modelləri yenidən araşdırmağı planlaşdırır. Nəticədə torun formasının dəyişməsi orqanizmin məkanda istiqamət təyinetmə bacarığını müəyyən edəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir