bikinI

Bikini bölgəsini necə ağartmaq olar? – ÜSUL

Baxış sayı: 1. 626

Əsasən də yay aylarında, dəniz mövsümündə bütün qadınlar gözəl görünüşə sahib olmağı və əminliklə çimərlik geyimində dənizin dadını çıxarmağı arzulayır.

Ancaq dəri problemləri və ya tükləri təmizləmə kimi prosedurlardan sonra genital bölgədə qaralma əmələ  gələ bilər. Bəs bu qaralmanı necə yox etmək olar? Aile.lent.az-ın saglamolun.az-a istinadən məlumatına görə, bir neçə sadə üsul vasitəsilə buna nail olmaq olar:

 

– Genital bölgənizi limon suyu ilə 3-4 dəqiqə masaj edərək ağarmasını təmin edə bilərsiniz.

– Zeytun yağı dərini yumşaldır və ölü dərilərdən təmizləyir. Duşa girmədən öncə zeytun yağı ilə genital bölgənin ətrafını masaj edə bilərsiniz.

– Ülgüc dərini qıcıqlandırdığı üçün qaralma əmələ gəlirsə, tükləri təmizləyən mumdan (“lipucka”) istifadəyə üstünlük verilməsi məsləhətdir.

 

Genital bölgəni ağardan qarışım:

1 çay qaşığı vazelin, yarım bardaq alma suyu və 1 çay qaşığı limon suyunu qarışdırıb bikini bölgəsinə çəkin. Bikini bölgəsinin quru olması çox önəmlidir. Qarışımın vaginanın daxili hissələrinə təmas etməməsinə olduqca diqqət edin. Quruduqdan sonra nəmli bezlə silin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir