valideyn ve usaq

Bir ana övladının həyatını belə dəyişə bilər – 3 TÖVSİYƏ

Baxış sayı: 1. 132

Tərbiyə – çox incə və ziddiyyətli işdir. İstənilən tərbiyə forması gözlənilməyən nəticə ilə bitə bilər. Rus müəllif Svetlana Xmel hər şeyin necə ola biləcəyini təsəvvürünə gətirib:

“Nə vaxtsa mənim oğlum olacaq və mən hər şeyi başqa cür edəcəyəm. 3 yaşından ona: “Əzizim! Sən mühəndis olmalı deyilsən. Hüquqşünas da olmaq məcburiyyətin yoxdur. Vacib deyil, sən böyüyəndə nə olacaqsan. Patoloqoanatom olacaqsan? Buyur! Futbol şərhçisi? Xoşdur! Alış-veriş mərkəzində kloun? Əla seçimdir!” – deyə təkrarlayacam.

30 yaşında keçəlləşməyə başlayan tərli, üzündən qrimi axmış kloun kimi gəlib deyəcək: “Ana! Mənim 30 yaşım var! Mən alış-veriş mərkəzində klounam! Sən mənim üçün bu həyatı istəyirdin? Mənə “ali təhsil vacib deyil” deyəndə nə fikirləşirdin? Riyaziyyat oxumaq əvəzində küçədə oynamağıma icazə verəndə bunu istəyirdin?”.

Mən deyəcəm: “Əzizim, mən hər şeydə sənə dayaq oldum, üstünə getmədim! Sən riyaziyyatı sevmirdin, uşaqlarla oynamağı sevirdin”. O isə: “Mən bilmirdim bunun axırı necə olacaq. Mən bilmirdim nəyi seçim, bəs sən, sən axı… Sən mənim həyatımı məhv elədin!” – deyib, çirkli qolu ilə dodaq boyasını siləcək.

Onda mən ayağa qalxacaq, ona diqqətlə baxıb deyəcəyəm: “Deməli belə. Dünyada iki tip insan var: birincilər yaşayır, ikincilər günahkar axtarırlar. Sən bunu başa düşmürsənsə, demək axmaqsan!”.

 

O, “ah” deyib, huşunu itərəcək. Psixoterapiyaya 5 ili gedəcək.

Yaxud belə yox. Nə vaxtsa mənim oğlum olacaq və mən hər şeyi başqa cür edəcəyəm. 3 yaşından ona: “Axmaq olma, Vladik, gələcəyini düşün. Riyaziyyat oxu, Vladik, yoxsa zəng mərkəzində operator olacaqsan”.

30 yaşında keçəlləşməyə başlayan, üzündə dərin qırışlar yaranmış proqramçı kimi gəlib deyəcək: “Ana! Mənim 30 yaşım var. Mən “Google”da işləyirəm. Sutkada 20 saat işləyirəm, ana. Ailəm yoxdur. Mənə “yaxşı iş səni xoşbəxt edəcək” deyəndə nə fikirləşirdin? Məni riyaziyyat oxumağa məcbur edəndə nə istəyirdin?”.

Mən deyəcəyəm: “Əzizim, mən istəyirdim ki, sən yaxşı təhsil alasan! İstəyirdim, sənin hər cür imkanın olsun! O isə: “Nəyimə lazımdı bu imkanlar mən bədbəxt olandan sonra? Alış-veriş mərkəzindəki klounların yanından keçəndə onlara paxıllıq edirəm, ana. Onlar necə xoşbəxtdirlər?! Mən onların yerinə ola bilərdim, amma sən, sən… Sən mənim həyatımı məhv elədin!” – deyib eynəyinin burnuna dirənən yerini siləcək.

Onda mən ayağa qalxacaq, ona diqqətlə baxıb deyəcəyəm: “Deməli belə. Dünyada iki tip insan var: birincilər yaşayır, ikincilər ömrü boyu şikayət edirlər. Sən bunu başa düşmürsənsə, demək axmaqsan!”.

 

O, “ah” deyib huşunu itirəcək. Psixoterapiyaya 5 ili gedəcək.

Ya da lap başqa cür. Nə vaxtsa mənim oğlum olacaq və mən hər şeyi başqa cür edəcəyəm. 3 yaşından ona: “Mən sənə nəyisə dəfələrlə təkrar eləmək deyil, sevmək istəyirəm. Get atanın yanına, əzizim”.

30 yaşında keçəlləşməyə başlayan və gözlərində orta statistik rus melanxoliyası olan rejissor kimi gəlib deyəcək: “Ana! Mən 30 ildir sənin diqqətini çəkmək istəyirəm, ana. Sənin üçün 10 film çəkmişəm, 5 tamaşa qoymuşam. Sənə kitab yazmışam, ana. Səninsə vecinə deyil. Niyə heç vaxt öz fikrini deməmisən? Niyə məni həmişə atamın yanına göndərirsən?”.

Mən deyəcəyəm: “Əzizim, mən sənin yerinə qərar vermək istəmirdim. Mən sadəcə səni sevirdim, əzizim, məsləhət üçün atan var”. O isə: “Mənim vecimə deyil atamın məsləhəti! Mən səndən soruşurdum. Bütün ömrümü sənin diqqətini çəkməyə sərf elədim. Əlimdəki hər şeyi verməyə razıyam ki, sənin fikrini öyrənim, heç olmasa bircə dəfə, ana! Sükutunla, məsafəli davranışınla sən, sən… Sən mənim həyatımı məhv elədin!” – deyib teatral formada əlini alnına qoyacaq.

Onda mən ayağa qalxacaq, ona diqqətlə baxıb deyəcəyəm: “Deməli belə. Dünyada iki tip insan var: birincilər yaşayır, ikincilər isə ömrü boyu nəyisə gözləyir. Sən bunu başa düşmürsənsə, demək axmaqsan!”.

 

O, “ah” deyib huşunu itirəcək. Psixoterapiyaya 5 ili gedəcək.

Bu mətn – bizim analıq perfeksionizmimiz – ideal ana olmaq cəhdlərimiz üçün yaxşı profilaktikadır. Rahat olun! Biz nə qədər yaxşı ana olmağa çalışsaq da, uşaqlarımız psixoterapevtə danışmağa nəsə tapacaqlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir