1

“Birdən gördük ki, başı şüşəyə dəydi” – MÜSAHİBƏ

Baxış sayı: 2. 498

“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı vaxtilə futbol üzrə Olimpiya yığmamızın şərəfini qorumuş, hazırda isə karyerasını İzrailin aşağı dəstəsində davam etdirən Emil Kitelmandır.

 

–  Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?

– Bildiyiniz kimi, mənim böyük qardaşım Mixail də futbolçu idi. Bu səbəbdən valideynlərim mənim futbolçu olmağıma da normal yanaşmışdılar.

 

–   Maraqlədır, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

–  Həkim olmaq istəyərdim. Amma bəlkə də karate ve cüdo ilə də məşğul ola bilərdim.

 

–  Futbol adamları daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?

–  Yox, özümə qarşı belə bir şey hiss etməmişəm.

kitelman

–  Futbolçu əksər hallarda evdən uzaqda olur. Bu hal ailənizdə nə kimi problem yaradırdı?

–  Heç bir problem yaratmırdı. Mənim yoldaşım stuardesa olduğundan məni çox gözəl başa düşürdü. Hər ikimiz anlayırıq ki, bu bizim işimizin tələblərindən irəli gəlir.

 

–  Ailəniz sevgi üzərində qurulub, yoxsa valideynlərinizin məsləhəti əsasında?

–  Sevgi əsasında qurulub. Bəlkə də biz həm də elə buna görə bir-birimizi yaxşı anlayırıq.

 

–  Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?

–  Mən bu məsələdə ancaq müsbət məqamları vurğulaya bilərəm. Ailə quranda insan daha məsuliyyətli olur. Həyata baxışı dəyişir və belə demək mümkünsə, müdrikləşir. Həmçinin ən çətin anlarda yanında həyat yoldaşının olması baxımından çox yaxşıdır.

kitelman 2

–  İzraildə yaşayırsınız. Vətəndən uzaqda olmaq nə qədər çətindir?

– Əlbəttə ki, Azərbaycandan uzaqda olmaq asan deyil. Bütün dostlarım Bakıda, mən isə İsraildəyəm. Bunun özü də mənim vətənim üçün darıxmağıma səbəbdir. Ancaq mən doğma vətənimi tərk etməyə məcbur idim, çünki  Azərbaycanda ailə dolandırmaq çox çətindir.

 

–  Bakıda dolanmaq üçün hansı çətinliklə üzləşirdiniz ki, İzraildə həmin problem yoxdur?

4

–  Mən Azərbaycanda çıxış edəndə aldığım zədənin ardından birinci divizionda forma geyməyə başlamışdım. Aldığım maaş 500 manat idi. Az deyil?

 

–  İzraildəki qazancınız nə qədər idi?

–   İzraildə isə bundan ikiqat artıq qazanırdım və ən əsası futbolla yanaşı, başqa işlə də məşğul olmaq imkanım var idi. Elə indinin özündə də həm futbolçu karyeramı davam etdirirəm, həm də başqa işlə məşğulam.

 

– Sirr deyilsə, İzraildə futboldan başqa hansı işlə məşğulsunuz?

– Elektrik firmasının mağazasında işləyirəm.

 

– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz

– Düzü, indi ağlıma elə bir gülməli hadisə düşmür. Odur ki, nə danışacağımı bilmirəm. Belə hadisələrdən yalnız kiçik bir epizod xatırlayıram. Həmin hadisə mən “Şəfa” klubunda çıxış edəndə olmuşdu. Səhv etmirəmsə, 2000/2001-ci illər mövsümü idi. Məşq-toplanışında idik və “Abşeron” mehmanxanasənda qalırdıq. Günlərin birində nahardan qayıdıb  mehmanxanın birinci mərtəbəsində komandanın baş məşqçisini gözləyirdik. Əsgər Abdullayev gəlməli və komandadaxili iclas olmalıydı. Birdən Abdullayevin liftdən çıxaraq bizə tərəf gəldiyini gördük. Daha sonra isə gördük ki, Əsgər müəllimin başı şüşəyə dəydi. Sən demə, liftin qarşısında uzaqdan o qədər də görünməyən şüşə varmış. Məşqçimiz isə ordan keçməyə çalışırdı. Belə demək mümkünsə, şüşə ilə dirəşmişdi. (gülür- T.M.)

 

Söhbətləşdi: Tural Məmmədov

2 3

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir