psixoloq Aysu Eliyeva

Boşanma və onun uşaqlara mənfi təsirləri

Baxış sayı: 884

Hər bir uşağın haqqıdır ki, sağlam, hüzurlu və xoşbəxt ailədə böyüsün. Ana-ata və uşaqlardan formalaşan ailə modeli, uşağın psixoloji və sosial inkişafı baxımından əvəzedilməzdir. Burada əsas olan ailənin uşağa sevgi, güvən, xoşbəxtlik verə bilməsidir. Bunların hər biri üçün ailədə hüzurun olması əsas şərtdir. Cütlüklər arasında baş verən anlaşılmazlıq, yola getməmək, mübahisə və konfliktlərin çoxluğu uşağın üzgün olmasına səbəb olur.

Uşağın boşanma prosesini anlaması və bu hadisəyə verəcəyi reaksiyalar yaş dönəmi və inkişafına görə dəyişir.

  • 0-5 yaş: Bu yaş aralıqlarında boşanma , uşaq üçün sadəcə fiziki bir ayrılıqdır. Yəni bu yaşda olan uşaq valideynlərinin bir-birinə qarşı olan mənfi hisslərini , düşüncələrini anlamaya bilərlər. Boşanma onda qorxu və təəccüb hissi formalaşdırır. Nə baş verdiyi haqda heç bir məlumatı olmur. Xüsusilə boşanmadan sonra depressiv hiss edən ananın övladın da – anaya qarşı hədsiz bağlılıq, anadan ayrıla bilməmək və tualet vərdişi olan uşaqlarda yerini islatmaq kimi hallar görülə bilir. Uşaqların bir qismi qəzəbini ifadə edə biləndə, digərləri ” əgər qəzəblənsəm,anamı hirsləndirsəm anamı itirərəm “qorxusu ilə içinə qapanır, duyğularını basdırır və “hər şey yaxşıymış kimi” davranmağa çalışır.
  • 6-10 yaş: Uşaq üçün boşanma artıq nəticəsi bilinən bir hadisədir. Uşaq ana və atası arasındakı duyğusal bağın qopduğunun fərqindədir. Bəzən anasını, bəzən atasını günahkar görür. Ayrılığın səbəbi olaraq özünü günahkar görüb cəzalandırır. Yaş artdıqca ana və atası baxımından durumu daha dolğun analiz etməyə başlayır . Özünü günahlandırması azalır. Ana və ya atadan birini özünə yaxın görür.
  • 11 yaş və üzəri: Yeniyetməlik yaş dönəmində boşanma tam mahiyyəti ilə başa düşülür. Yeniyetmədə gələcəklə bağlı narahatlıqlar yaranır. Situasiyanı hər iki aspektdən ( həm ana, həm ata) dəyərləndirməyə çalışır.

Bəzi ana və atalar ayrılmaq və ya boşanma qərarlarını uşağa açıqlamırlar, gərəksiz olduğunu düşünürlər. Lakin düşünsək ki, uşağın sabah oyandığında anasını evdə görməməsi, yaxud məktəbdən gəldiyində atasının evdə olmaması uşaq üçün nə qədər çətin, acılı bir durumdur. Və yaxud ailələr ayrılığı gizlətmək üçün yalanlar deyirlər . Məsələn: ata uzağa – xarici ölkəyə işləməyə gedib, ona görə yanımızda deyil və s . Bu cür yalanlar uşaqla valideyn arasındakı güvəni sarsıdır.

 

Boşanmadan sonra uşağın verə biləcəyi reaksiyalar

1) Qorxu

2) Pis hiss etmək

3) Qəzəb və kin

4) Günahkarlıq

5)Yalnızlıq duyğusu

6) Yuxu problemləri

7) Qidalanma problemləri

8) Masturbasiya

9) Məktəb problemləri

10) Psixosomatik reaksiyalar

11) Ana və atanın təkrar bir araya gəlməsini istəmə  və s.

 

Boşanma sonrasında yaranan psixoloji problemlər

✓Depressiya

✓ OKP

✓Məktəb fobiyası

✓Yuxu pozuntuları

✓Enurez və enkoprez

✓Məktəbdə uğursuzluq

✓Ana ilə təşvişli bağlanma

✓Ananı itirmək qorxusu və s

 

Bəs necə edək ki, uşaq psixoloji travma almasın?

Boşanma qərarını ana və ata birlikdə uşağa açıqlamalıdırlar. Boşanmanın səbəbi artıq  detallara girmədən, qarşılıqlı şəkildə günahlandırmayaraq inkişaf və yaşına müvafiq şəkildə uşağa izah edilməlidir. Bu halda uşaq sual vermək istəyəcəkdir. Uşağın suallarını səbrlə dinləyərək düzgün şəkildə cavablandırmalıyıq. Uşağın boşanma səbəbi və gələcəyi ilə bağlı suallarına etinasız, yetərsiz cavablar verilərsə, uşaqdakı hüzursuzluq daha da artacaq və bizə olan güvənini zədələyəcəkdir.

 

Psixoloq Aysu Əliyeva




4 şərh “Boşanma və onun uşaqlara mənfi təsirləri

  1. Sara

    Çox aktual mövzudur. Geniş informasiya verdiyinizə görə təşəkkürlər . Elminiz bol olsun🌞

    Cavabla
  2. Gülnar

    Gündəmimizdə bir çox ailə və valideynlərin əziyyət çəkdiyi mövzuya toxunmusunuz. Təşəkkürlər öncədən
    Qələminiz iti olsun☺️

    Cavabla
  3. Şəbnəm Məmmədova

    Kaş bütün cütlüklər ailə qurmamışdan öncə bu tipli maarifləndirici yazılar oxuyalar. İnsanların etdiyi səhvlər məlumatsızlıq ucbatından edilənlərdir
    Cəmiyyətimizi düşünüb onlara faydalı yazılar bəxş etdiyiniz üçün sizə təşəkkür edirəm🙏

    Cavabla
  4. Xalidə

    Sizin kimi peşəkar,savadlı psixoloqu hərkəs tanımalıdır. Elminiz dərin, uğurlarınızın bol olmasını arzu edirəm Aysu xanım

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir