Bosanma

Boşanmalara əsas səbəb nədir?

Baxış sayı: 691

Son zamanlarda evlənənlər arasında boşananların sayı getdikcə artmaqdadır. İşlər niyə bu həddə çatır və  səbəbləri hansılardır? Rusiyalı psixoloqların son illər ərzində apardığı araşdırmalara görə, boşanmalara səbəb olan kriteriyalar məhz bunlardır.

aile

Sevgi və diqqət əskikliyi

Həm iş həyatının stresi, həm də uşaqlı ailələrdə uşaqların ehtiyacları səbəbləriylə cütlüklər bir-birinə vaxt ayırmaz hala gəlirlər və bu hal bir müddət sonra cütlüklərin bir-birlərinə yadlaşmasına səbəb olur.

aile

Münasibətlərdə olan anlaşılmazlıq

Xoşbəxt münasibətin sirri cütlüklərin bir-birini başa düşməyi bacarmasındadır. Bu da öz növbəsində tərəflərin bütün istəklərini qarşılıqlı müzakirə aparmaqla həll etmələrindən asılıdır. Ən çox boşanma səbəbi olan anlaşılmazlıq və yola getməyi bacarmamaq münasibətlərin bitmə nöqtəsinə gəlməsinə səbəb olur.

AILE

Hörmət və etibarı itirmək

Boşanmanı artıran səbəblərdən biri də cütlüklər arasında yaşanan hörmət və etibarın itirilməsidir. Qarşı tərəfin etibarını itirmək və bir daha qazanmağı bacarmamaq evliliyi bitirən ən vacib səbəbdir

aile

 Zorakılıq

Boşanma statistikasına nəzər saldıqda zorakılıq qadınlar tərəfindən ən çox rast gəlinən boşanma səbəbidir. Təəssüf ki, bu hal çox vaxt təkcə qadının deyil, hətta uşaqların belə şiddətə məruz qalmasına qədər uzana bilir.

AILE BUDCESI

Maddi sıxıntılar

Evlilik dövründə işini itirmə, iflasa uğrama, yığılan borclar və s. bu kimi hallarında evliliyə təsiri olur. Ailənin gündəlik xərcini qarşılaya bilməmək, uşaqlı evlərdə uşaqların ehtiyaclarının qarşılanmasını təmin etməyi bacarmamaq kimi mənfi hallar evliliyi bitirməyə səbəb olur.

aile

Tərəflərin bir-birinin ailələrinə qarşı hörmətsiz davranışları

Cütlüklər arasında keçinməyi bacarmamaq və evliliyin təməlinin sarsılması kimi hallar, tərəflərin ailələrinə olan münasibətinə də təsir edir. Yoldaşı və ailəsi arasında həddi qorumayan cütlüklər arasında təhqirlər və bu təhqirlərin ailələrə ünvanlanması kimi çirkin halların yaranması boşanmaya səbəb olur.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir