test

Bu fotolarda ilk nə görürsünüz? – Şəxsiyyət TESTİ

Baxış sayı: 348

İnsanların nəyi və necə görməsi, nəyə diqqət etməsi beyinin məlumatı şərh etməsi ilə bağlıdır. Şəxsiyyət testləri kimi təsnif edilən bu psixoloji testlər fərdlərin xarakterik xüsusiyyətlərini proqnozlaşdırır.

Beləliklə, bir neçə şəxsiyyət testini təqdim edirik:

 

Qoca: Bu fotoya baxdığınız anda qocanın üzünü görürsünüzsə, həyatınızda ən çox dəyər verdiyiniz şey sədaqətdir. Siz təkcə insanlara deyil, həm də ideyalara və qərarlarınıza sədaqəti qiymətləndirirsiniz. Liderlik cəhətiniz çox güclüdür və bunu olduğunuz mühitdə hiss etdirirsiniz.

Gənc qız: Bu fotoya ilk baxanda gənc qız görürsünüzsə, əslində həyata çox müsbət yanaşdığınızı söyləmək olar. Sizin fikrinizcə, hər bir mənfilik mütləq müsbət cəhəti ehtiva edə bilər. Ətrafınıza müsbət enerji yaymaqla diqqəti cəlb edə bilərsiniz.

Hansı pilləkənlər enmək, hansı yuxarı qalxmaq üçündür?

Əgər qalxmaq üçün sağ pilləkəndən, enmək üçün isə soldan istifadə edirsinizsə, gündəlik həyatınızda çox ahəngdar bir insansınız. Rutininizi pozmağı sevmirsiniz. Hər gün eyni saatda oyanır və eyni vaxtda yatırsınız. Siz ancaq işdən evə, evdən işə gedən birisiniz. Sizin düşüncənizə görə, qaydalar çox vacibdir.

Pilləkənləri soldan qalxıb sağdan enməyi üstün tutursunuzsa, sürprizlərlə dolu bir xasiyyətiniz var. Zarafatlarınız və şən rəftarınızla diqqəti cəlb edirsiniz. Fikrinizcə, yalnız sizin yox, başqalarının da sözü doğru ola bilər.

Alma: Bu fotoya baxdığınız ilk anda alma görürsünüzsə, möhkəm duruşunuz var. Siz çox xəyal qurmursunuz və ümumiyyətlə faktlarla maraqlanırsınız. Realist təbiətiniz sayəsində ehtimallara güvənmirsiniz. İstənilən vəziyyətdən asanlıqla qurtula bilərsiniz.

Bıçaq: Şəkildə bıçaq görürsünüzsə, keçmişinizlə yaşayan biri olduğunuzu söyləmək olar. Keçmişdə baş verən neqativləri və başınıza gələn bədbəxtlikləri heç vaxt unuda bilmirsiniz, davamlı olaraq bu haqda düşünür və peşman olursunuz. İnsanların sizə necə zülm etdiyini düşünürsünüz.

Kəpənək: İlk baxışda kəpənək gördünüzsə, çox sadəlövh bir təbiətə sahib olduğunuzu deyə bilərik. Həyatı sərt və qəddar görə bilərsiniz. Neqativlərdən çox təsirlənib bədbəxt ola bilərsiniz.

Üz: Bu fotoya ilk baxdığınızda ilk gördüyünüz üzdürsə, mənfi şeyləri həyatınıza inteqrasiya etmirsiniz və həmişə hər neqativdən müsbəti çıxarmağa çalışırsınız.

Almalar: İlk baxışda alma görürsünüzsə, bu sizin şən, bir qədər qeyri-ciddi xasiyyətiniz olduğunu göstərir. Siz optimist xasiyyətə sahibsiniz və ciddi iş sizin üçün deyil.

Oturan adam: Bu fotoya ilk baxanda gördüyünüz oturan kişidirsə, xasiyyətiniz balanslıdır. Harmonik təbiətinizlə girdiyiniz hər mühitdə seviləcəksiniz. Hər zaman qərarlarınızın arxasında dayanırsınız.

Dovşan: Bu fotoya baxdığınız zaman birinci dovşan görürsünüzsə, aqressiv bir xasiyyətiniz ola bilər. Ətrafınızdakı insanlar nə vaxt və necə reaksiya verəcəyinizi təxmin edə bilməyəcəklər. Bu davranışlar insanları sizdən çəkindirə bilər.

Ördək: İlk baxışda ördək görsəniz, sakit bir xasiyyətə sahib olduğunuzu söyləmək olar. Siz impulsiv davranışlardan uzaq durursunuz və ümumiyyətlə təkbaşına yaşamağa üstünlük verirsiniz.

Əgər ilk dəfə baxıb ördək və dovşan gördüyünüz zaman gördüyünüz obrazla bağlı qərar verə bilmirsinizsə, yaradıcı şəxsiyyətə sahib olduğunuzu demək olar. Detallara böyük diqqət yetirirsiniz və insanların çoxunun əvvəlcə fərq etmədiyi detalları görə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir