Sviter

Bu qış sizə lazım olacaq 10 ən vacib əşya – XANIMLAR OXUSUN!

Baxış sayı: 363

Dünya üzrə payız-qış fəsilləri eyni pilləyə qoyulsa da, müxtəlif ölkələr üzrə dəyərləndirmələr var. Elə bizim ölkədə payız və qışı eyni pillədə götürmək mümkün deyil. Hava şəraiti buna heç cürə əl vermir. Buna görə də mövsüm olaraq da, geyimlər kökdən fərqlənir. Biz də bu fərqliliyi nəzərə alıb, qış mövsümü üçün alış-veriş siyahınıza kömək etmək məqsədilə bu qış sizə lazım olacaq 10 ən vacib əşyanı təqdim edirik. Bu siyahıda bütün dəbsevərlərin zövqünü oxşayacaq, mövsümün dəbli parçaları yer alıb.

 

Qısa qara palto

Bu qış üçün qara paltonu “must-have” siyahısına salmağa sövq edən Amerikanın “first lady”si Melana Tramp-dır. Amma yaxşı ki, sövq edib. Çünki qara palto hər bir qadının qış qarderobunda olması vacib üst geyimidir. Birincisi universaldır. Onu istənilən geyim və tərz ilə uyğunlaşdırmaq mümkündür. İkincisi yundan olan qara palto sizi qışın soyuğundan “cool” göstərməklə yanaşı, həm də çox isti saxlayacaq.

 

Enli kəmər

Təbii ki, kəmərin də öz dəbi var. Bu mövsüm uzun və enli olanları daha çox aktual olacaq. Lakin bu kəmərləri istifadə edəndə diqqətli olmaq vacibdir: əgər pencək, paltonuzun çiyni enlidirsə, kəmər nazik, üstü geyiminiz çiyinsiz, sadədirsə, o zaman diqqət çəkmək üçün enli kəmərlər yerinə düşər. Kəmər istifadə edərkən korsetli geyim istifadə etmək böyük səhv olar. Bu cür trendlərin ömrü bir mövsümdən artıq olmur. Ona görə
də, əgər kəmər trendini bu qış istifadə edəcəksinizsə, çalışın haqqını verəsiniz, xanımlar!

 

Qışa xas detallı sviter

Qəribə səslənsə də, bu qış məhz qış detallı sviterləri qarderobunuza əlavə etməlisiniz. Yeni il gecəsi və ya qış günlərində mövsümə uyğun geyinib dəbli görünmək pis fikir deyil, düzdür? Məhz bu sviterlər bu qış sizi həm dəbli, həm də isti saxlayacaq.

 

Damalı kostyum

Bu trend qışa payızdan keçib. Belə kostyum geyinəcəksinizsə saçlarınız ya açıq və ya tünd rəngli olmalıdır. Bu məhdudlaşdırılmış ornamentin rəngi aristokratik rəng hesab olunur və VIII Eduardın şərəfinə belə adlandırılıb.

 

Saç rezinləri

Bu böyük saç rezinləri bir zamanlar dəb dünyasının “qorxulu yuxu”su olsa da, bu qış mövsümü ciddi-ciddi dəbdədir. Balenciaga Resort 2018 lukbuklarında məhz bu trendə rast gəlirik.

 

İri papaq

İriq papaq dəb üçün əla yatırımdır. Birinci tərəfdən müsbəti odur ki, isti saxlayır, ikinci tərəfdən isə saçınız formada olmayanda yaxşı tərz bəxş edən detaldır.

 

Parıltılı detallar

Yeni il ərəfəsi üçün parıltılar, simlər əsl əhval-ruhiyyə yaradır. Mütləq deyil onları xırda bir detalda göstərəsiniz. Topunuz, pencəyiniz, ətəyiniz, donunuz parıltı simli parçalardan ola bilər. Hətta aksesuarlarınız belə bu trendə uyğun ola bilər.

 

Kapiton ətəklər

Bu ətəklərin trendi keçən ildən gəlir. Amma mütləq deyil ki, bu il məhz yeni ətək almalısınız. Sadəcə trendə ayaq uydurmağınız yetərlidir. Bir də keçən ildən fərqli cəhət odur ki, bu ilki ətəklər bir az daha genişdir, həcmlidir.

 

Tokalarla botlar

Belə botları skini cinslər, qəhvəyi gödəkçələr, enli ətəklərlə geyinmək olar. Hətta tokalı botların hündürdabanlı olanlarını pliseli ətəklərlə dəstləşdirmək daha dəbli görünür.

 

Həşərat şəklində bəzəklər

Təbiət nə qədər ki, dərin qış yuxusun gedib, biz də təbiəti üzərimizdə daşıyaq. Böcəklər, hörümçəklər, kəpənəklər bu qışın əsas aksesuar trendləridir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir