yerler

Bu şəhərlər haqqında eşitmisinizmi? – FOTOLAR

Baxış sayı: 528

Yer üzündə hələ də xəritədə tapılmayan, peyklərdən görünməyən şəhərlər var. Qədim zamanlarda bu  yeraltı şəhərlərin əhəmiyyəti böyük idi. İnsanlar döyüşlərdən qaçmaq üçün bunlardan istifadə edərdilər. Bəzilərinin min illik tarixi var, bəziləri isə bu yaxınlarda inşa edilib. Bu şəhərlər haqqında topladığımız maraqlı məlumatları  təqdim edirik.

yer

 

Beit Quvrin və Mareşa- İsrail

İsrailin tam mərkəzində,  400 metr yüksəklikdə yerləşən  iki ən qədim yeraltı qardaş şəhər – Beyt Quvrin və Mareşa hazırda  Milli parkdılar və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.  Bu yeraltı şəhərlərin  tarixi eramızdan əvvəl 10-cu əsrdən başlamışdır.Bir neçə süni mağaralar, otaqlar, qalereyalar, keçidlər, tunellər və gizli keçidlərdən ibarət olan bu şəhərlərdə  ellinlərin, romalıların, yunanların,  ərəblərin izləri var imiş.

Yeraltı şəhərdə yaşayış yerlərindən əlavə, siz əsl küçələri, məbədləri, qədim Roma amfiteatrını, məzar və məqbərələri, müxtəlif  emalatxanalarını, neft dəyirmanlarını və hətta göyərçin evlərini görə bilərsiniz.

derinkuyu

Derinkuyu- Türkiyə

Türkiyədəki Nevşəhərin  Dərinquyu bölgəsində yerləşən çoxqatlı yeraltı şəhəri 85 metrə yaxın dərinliyə  malikdir. Türkiyə Mədəniyyət Nazirliyindən verilən məlumatlara görə, şəhər e.ə VIII-VII əsrlərdə frigiya tayfaları tərəfindən Kapadokiyanın vulkanik süxurlarında inşa edilmişdir.Dərinquyu yeraltı şəhəri Bizans dövründə tam olaraq tamamlandı. Bizans-ərəb müharibələri dövründə bu ərazidən müsəlman ərəblərin hücumlarından qorunmaq üçün çox istifadə edilirdi. Bu yeraltı şəhər, eyni anda 20000 insanın birgə yemək və su ilə təmin edə biləcək bir sığınacaq olub. Şəhərdə yalnız yaşayış yerləri deyil, həm də qida, mal sığınacaqları, çörək və şərab zavodları, hətta qəbiristanlıq üçün anbarlar da mövcud imiş.

Kapadokiyada bir neçə belə yeraltı şəhərin tapılmasına baxmayaraq bu, Türkiyənin ən böyük yeraltı şəhəridir.Bölgə Osmanlı imperiyasının əlinə keçdikdən sonra osmanlılardan qaçan bəzi kapadokiyalı yunanlar burada qaçqın kimi yaşamağa başladılar. 1923-cü ildə türklər və yunanlar arasındakı insan mübadiləsindən sonra bu ərazi tamamilə tərk edildi. Tunel 1963-cü ildə yerli bir sakinin evinin divarının ardında sirli bir boşluq tapması ilə kəşf edilmişdir. Daha sonra arxeoloqlar digər bölmələri də aşkara çıxarmışlar.

Yeraltı şəhər 1969-cu ildə ziyarətə açılmıştır. Hal-hazırda 12 mərtəbəli şəhərin təxminən yarısı turistlərin ziyarəti üçün açıqdır.

 

“Wieliczka” Duz Mədəni- Polşa

Köhnə bir qaya formasında olan  duz mədəni “Wieliczka” Polşanın ən çox turistin diqqətini çəkən yerlərindən biridir. İçərisində tamamilə qaya duzundan oyulmuş bir kafedral və heykəllər olan mədən 1996-cı ildə duz istehsalının dayanması ilə muzeyə çevrilmişdir. Yer altında dar nərdivanlarla enilən mədəndə hər şey duzdandır. Mədənin içərisində möhtəşəm  göl  də var. Mədənin içərisində olan çilçıraqlar da daxil olmaqla  hər bir parçası qaya duzundan düzəldilmişdir.

fransa

Naur yeraltı şəhəri-Fransa

Fransanın Pikardiya əyalətində yerləşən Naur qəsəbəsinin sakinləri bir neçə əsrlər ərzində  yeraltı düşmənlərdən gizlənirdirlər.Bunun üçün onlar xüsusi sığınacaq rolunu oynayan yeraltı şəhər inşa etmişdilər. 1618-ci ildən 1648-ci ilədək 30 il müharibə dövründə Fransada inşa edilən Naur yeraltı şəhəri 300 otaq və 28 qalereyadan ibarətdir. Deyilənlərə görə, bu yeraltı şəhər romalılar tərəfindən əhəng daşı ocağı kimi istifadə edilmək məqsədi ilə tikilib. Əsrlər keçdikcə yerli əhali buranı malların saxlanılması və işğalçı qoşunlardan gizlənmək üçün istifadə etməyə başlayıb.1887-ci ildə yenidən kəşf edilən və İkinci Dünya müharibəsi dövründə nasist işğalçı qüvvələri tərəfindən qərargah kimi istifadə olunan Naur bu gün Fransanın ən böyük tunel şəbəkələrindən biridir.

petra

Petra şəhəri- İordaniya

İordaniyada olan Petra yer altı şəhəri e.ə. 6-cı əsrdə Hor dağının ətəklərində inşa edilmişdir. Bu yeraltı şəhərdə böyük bir teatr, nəhəng bir qala və şəhər mərkəzindən  ibarətdir. Petra, UNESCO tərəfindən Dünya Mirası siyahısına salınmışdır  və həmçinin  BBC “Ölmədən əvvəl görülməsi lazım olan 40 yer” adlı verilişində  göstərilmişdi.

iyaliya

Orvieto şəhəri -İtaliya

Orvieto, ağ şərabları və tabloları xatırladan memarlığı ilə məşhurdur. Qəsəbənin görünən gözəlliklərindən başqa, bir də yeraltı gözəlliyi var. Vulkanik qayalarda inşa edilən Orvieto  şəhərindən ilk olaraq quyu və sərnic kimi istifadə olmuşdur. Şəhərdə Etrusk dönəminə aid sığınacaqlar mövcuddur. Bu yer II Dünya müharibəsi dönəmində də sığınacaq kimi fəaliyyət göstərmişdir.

qaymaqli

Qaymaqlı yeraltı şəhəri- Türkiyə

Türkiyə ərazisində ən böyük yeraltı şəhərlərdən biri olan Qaymaqlı  8 mərtəbə, tunnelərdən və otaqlardan ibarətdir. Qaymaqlı yeraltı şəhərinin tarixi e.ə. 3000-ci ilə gedib çıxır. Belə ki yeraltı şəhərdə ilk tikinti aparanlar hettlər imiş. Mənbəyə əsasən yeraltı şəhərdən xristianlar ərəblərdən gizlənmək üçün istifadə edirdilər.

Kuber-Pedi

Kuber-Pedi- Avstraliya

Avstraliyada ən kiçik yaşayış məntəqəsi olan unikal yeraltı şəhəri sayılan Kuber-Pedi  şəhəri dünyanın opal paytaxtı  kimi tanınmaqdadır. Belə ki, dünya üzrə opal ehtiyatlarının 30%-i məhz burada yerləşir. Qeyd edək ki, burada ilk opal daşı 1849-cu ildə tapılmışdır. Əhalisinin  sayı isə təxminən  1695 nəfərdir. Deyilənlərə görə, başqa çıxış yolları olmadığı üçün insanların burada yer altında məskunlaşmasına səbəb olan amillər güclü külək və yüksək temperatur olmuşdur.

Bu yeraltı şəhər əhalisinin böyük əksəriyyəti mədənçilərdir. Lakin hal- hazırda insanlar həmin mədənlərdə deyil, bütün müasir şəraitin olduğu adi evlərdə yaşayırlar.Burada yalnız yaşayış evləri deyil, həmçinin kilsə və qəbiristanlıq da mövcuddur. Qeyri-adi şəhər hələ də bir çoxlarının diqqət mərkəzindəndir.

yeralti

Yeraltı Pekin – Çin

XX əsr bəşəriyyət tarixindəki ən dəhşətli müharibələr və nüvə silahlarının ixtirası ilə yaddaşlara həkk oldu. Tarixdə baş verən bu çevrilişlər yeni tip  yeraltı sığınacaqların inşasına səbəb oldu. Bu tikililərin ən məşhurlarından biri Pekin yaxınlığında  yerləşən yeraltı şəhərdir. Çin və SSRİ arasında nüvə müharibəsi təhlükəsi olduğu 1969-1979-cu illər arasında inşa edilmişdir. Yeraltı Pekin adlanan bu şəhərin ümumi sahəsi təxminən 85 kvadrat kilometrdir. Pekinin yeraltı şəhəri olan Dixiya Çeng 1970-ci illərdə bombardmanlar və nüvə hücumlarından qorunmaq məqsədi ilə tikilmişdir.

Qeyd edək ki,  bu yeraltı sığınacağın 100 gizli girişi və vətəndaşların daha uzun zaman ərzində  bütün ehtiyaclarının qarşılanması üçün məktəblərin, xəstəxanaların və s.-in də olduğu deyilir. Kütləvi sığınacaq üçün nəzərdə tutulan yeraltı Pekin 2000-ci illərdə ictimaiyyətə açılsa da, 2008-ci ildə yenilənməyə başlandığından ziyarətçilər üçün bağlanmışdır. Hal-hazırda burada yerləşən  bir çox yeraltı məkanlar alış-veriş və ofis mərkəzlərinə çevrilib, digərləri isə  ucuz mənzillər, pansiyonlar və otellər kimi istifadə olunur.

yer

Berlington- Böyük Britaniya

1950-ci illərdə nüvə müharibəsi təhlükəsi zamanı Böyük   Britaniyada inşa edilən Berlington  yeraltı sığınacağı  Korşem qəsəbəsi yaxınlığında  inşa edilmişdi. Nüvə zərbəsi olacağı təqdirdə Berlington ölkəni yerin altından  idarə etmək üçün  hökumət rəsmiləri üçün etibarlı bir sığınacaq olmalı idi.Əslində  bunker yalnız 3 aylıq  inşa edilmişdi. Hətta yerin altında bir pub da tikilib. 1960-cı illərdə  hökumət tərəfindən boşaldılan  Berlington hal-hazırda sıradan çıxarılıb və dövlət burada çaxır istehsalı ilə məşğul olan bir zavod açmaq fikrindədir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir