sac

Bu saç modelləri ilə qadınları valeh edə bilərsiniz – KİŞİLƏRİN MENYUSUNA

Baxış sayı: 1. 513

İndiki dövrdə moda ilə ayaqlaşmaq, vaxtaşırı saç düzümünü dəyişmək təkcə qadınlar üçün aktual deyil. Həmçinin kişilər də buna önəm verir.  Bu yazıda kişi oxucularımıza müxtəlif kəsimli saç modellərini təqdim edirik. Buyurun,əziz kişilər, sizə uyğun olanı seçin. Bəyəndiyiniz modelin sizə yaraşıb-yaraşmayacağı ilə bağlı saç ustanızla məsləhətləşin. Əgər onun da münasibəti müsbətdirsə, niyə də risk edib bu dəyişikliyi sınamayasınız?

 

Ön uzun, arxa hissə qısa

Bu saç modelinin 2014-cü ilin əsas trendlərindən biri idi. Ön hissəsi uzun olan bu saç modeli yan və arxa hissələrinin qısalığı ilə seçilir.

Salvatore Ferragamo - Alternative View - MFW S/S 2014

Klassik model

Arxaya daranmış saçların gel ilə müxtəlif formalara salınması modeli daha “cool” göstərir, onu digərlərindən fərqləndirir.

Etro - Runway - MFW S/S 2014

Sadə uzun saçlar

Sadə görünüşlü bu modelin əsas üstünlüyü ondan ibarətdir ki, onu hər dəfə başqa formada yığıb ətrafdakıları təəccübləndirə bilərik.

Etro - Runway - MFW S/S 2014

Bandaları geri qaytarın

Bəli, bandalar geri qaytara bilərsiniz, çünki qadınlar qədər olmasa da, saçda belə aksesuar istifadə etməyi kişilər də sevir. Bandanaların digər bir üstünlüyü isə saçınız səliqəsiz, çirkli olanda bu üsulla gizlədə bilməyinizdir.

FASHION-ITALY-MILAN-MEN-VIVIENNE WESTWOOD

Açıq sarı saçlar

Artıq yalnız qadınlar deyil, kişilər də saçlarını boyaya bilirlər. Burada qəribə heç nə yoxdur, əgər dəri rənginiz istədiyiniz saç rənginə uyğundursa, belə ani dəyişiklikləri sınamaq lazımdır.

Diesel Black Gold - Runway - MFW S/S 2014

Yandan ayrılan saçlar

Saç düzümünüzdə dəyişiklik etmək istəyirsinizsə, yandan ayrılmış saç modellərindən də istifadə edə bilərsiniz. Bu saçı klassik modelindən fərqləndirən əsas cəhət onun bir tərəfinin digər tərəfə nisbətən qabarıq formaya salınmasıdır.

Salvatore Ferragamo - Runway - MFW S/S 2014




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir