aksesuar

Bu yay dəbdə olacaq aksesuarlar

Baxış sayı: 268

Artıq yay fəsli qapıdadır. Bu da qarderobumuzu dəyişmək və yeni dəblərdən xəbərdar olmağımız üçün olduqca az vaxtımızın qaldığını göstərir. Bu yazıda sizə bu yay dəbdə olacaq aksesuarlardan danışacaq.

İstər gündəlik həyatda, istərsə də ziyafətlərdə istifadə edəcəyiniz bu bəzək əşyaları ilə göz qamaşdıracaqsınız.

 

Bandana

Bu yazın dəbi olan bandana yayda da saçlarınızı bəzəyəcək.

 

Balıqqulağı

İstər bəzək əşyaları, istərsə də çantalarımızı bəzəyən bu kiçik balıqqulaqları sanki yayın ruhunu əks etdirir.

 

Zəncir kəmər

2000-ci illərdə dəbdə olan zəncir kəmərlər geri qayıdıb. Əsasən qara rəngli libaslarda istifadə edəcəyiniz bu aksesuar sizi daha zərif göstərəcək.

 

Mirvari

Əsrlərdən bəri əsla dəbdən düşməyən mirvari bu il daha kiçik ölçülərdə qarşımıza çıxacaq.

 

Xalxal

Hind filmlərinin olmazsa olmazı xal-xal dedikdə ilk ağlımıza gələn dəniz kənarı gəzintiləri olur. Bu il də yeni modellər ayaqlarınızı bəzəyəcək.

 

Saç aksesuarları

Saç klipsləri du il daha fərqli modellərdə qarşımıza çıxacaq.

 

Burma boyunbağılar

Doğrudur, burma boyunbağılar yeni deyil. Ancaq xanımlar nostalgiyadan vazkeçmək istəmir. Burmalar bu il yenidən dəbdədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir