sevgi

Bunları yalnız bir-birini sevən cütlüklər edir

Baxış sayı: 168

Hər şey yolunda olsa belə, bəzən münasibətinizdən şübhə edirsiniz? Hər bir münasibət unikaldır, lakin biri biri üçün yaranmış insanların etdiyi bir sıra şeylər vardır. Əgər siz də onlardansınızsa, yəqin ki, bunları edirsiniz:

 

Siz bütün gün əlaqədəsiniz

Münasibətinizin nə qədər uzun müddət sürdüyündən, bir-birinizdən yaxında və ya uzaqda olduğunuzdan asılı olmayaraq siz gün ərzində əlaqədə olursunuz. Romantik mesajlar qəbul edir və göndərir, internetdə gördüyünüz məzəli fotoları biri birinizlə paylaşır və çətin anlarda dərhal zəngləşirsiniz.

 

Hər fürsətdə qucaqlaşmaqdan çəkinmirsiniz

Qucaqlaşmaq sizin üçün gündəlik ritualdır. Qucaqlaşdığınız an sanki tamamlanırsınız.

Image result for sevgi

Bir-birinizlə hər mövzuda açıq danışa bilirsiniz

Xüsusilə qorxularınız, narahatlığınız, bir-birinizə qarşı hiss və istəkləriniz mövzusunda. Bu qiymətsizdir.

 

 Onun maraqları sizi də maraqlandırır

Onun azarkeşlik etdiyi komandanın bu gün oyunu varsa, siz birlikdə baxırsınız. O isə, yoqada nə tapdığınızı başa düşmək üçün sizinlə dərslərə gəlir.

 

Biri-birinizə sürprizlər etməkdən yorulmursunuz

O, sizin üçün yemək bişirməyə çalışır, siz isə onun üçün romantik masa hazırlayırsınız. Biri birinizi sevindirmək sizin hobbinizdir.

 

Mizah anlayışınız üst-üstə düşür

Yalnız ikinizin başa düşdüyü bir sıra zarafatlar. Bu səbəbdən də birlikdə olduğunuz heç bir yer sizin üçün darıxdırıcı deyildir. Bunu yüksək qiymətləndirin. Mizah anlayışı biri birinə uyğun olan çox az cütlük var.

 

Biri-birinizlə qürur duyursunuz

Çətin anlarda biri birinizə motivasiya verə bilirsiniz. Biri birinizin uğurlarına öz uğurlarınızmış kimi sevinir və fəxr edirsiniz.

Related image




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir