burc

Bürclər eşq acısını necə yaşayır?

Baxış sayı: 668

Sevgi, xoşbəxtlik, həyəcan şirin təlaşlarla yanaşı göz yaşları da bəxş edir. Hər kəs eşq acısını fərqli yaşayır. Amma bürclərə görə bu bir qədər ümumiləşir. Belə ki, hər bürcün öz fərqli eşq acısı çəkmə faktoru var. Hər bir insanda doğulduğu bürcdən asılı olaraq bu xüsusiyyətlər özünü büruzə verir.

 

Qoç:

Özlərini bu qədər çox sevən qoç bürcü insanlarını asanlıqla sevgidən əziyyət çəkərkən görə bilməzsiniz. Sizdən dərhal sonra yeni bir insanla görüşməyə başlaya bilərlər. Ya da fikirlərini tamamilə yeni bir şeylə məşğul edərlər. Qısacası onu deyək ki, ayrılıq müddətini ağlayıb-sızlamadan keçirirlər.

Buğa:

Münasibətlərdə çox gülərüz və sevgi dolu olsa da, əlaqə kəsiləndə qəzəbini cilovlaya bilmir. Tərk edildiyi təqdirdə, təslim olmadan münasibətləri davam etdirməyə çalışır. Əgər o sizi tərk edirsə, onda yaxşı olar ki, çox da yaxınına getməyəsiniz. Çünki onun qəzəbi sizi məhv edə bilər.

Əkizlər:

Əkizlər, münasibətlərini çox ciddi qəbul etmirlər. Buna görə də sevginin ağrısı onlara təsirsiz qalır. Onunla münasibətdə sizə dəlicəsinə aşiq olub-olmaması fikri sizi dəli etdikdə haqlı olaraq ayrılmaq istəyəcəksiniz. Ancaq bu dəfə də sizinlə ayrılmaq istəyir ya yox bundan əmin olmayacaqsınız.  Həm də sevgiyə görə ağlayıb-sızlamaz. Dərhal həyatını yenidən yoluna qoyur və hər şey normal yaşamağa davam edir.

Xərçəng:

Lüğətində “ayrılıq” sözü olmayan bir bürcə gəldi çatdı vaxt. Sevdiyi insandan ayrılmağı heç düşünmür. Tərk edilmiş olsa belə, vəziyyəti heç vaxt qəbul etməz. Ayrıldıqdan bir saat sonra heç bir şey olmamış kimi mesajlaşa və ya zəng edə bilər. Ayrılıqda göz yaşlarını səxavətlə xərcləyir.

Şir:

Bu bürc üçün ayrılıq çox çətindir. Duyğularını açıqlamaq onlar üçün qürurqırıcı olduğundan bir müddət ətrafına yaralı heyvan kimi davranır. Yaraları sağaldıqda yeni iş və yeni hobbi axtarır. Hər münasibətdən sonra yeni münasibətlərə bir az daha ehtiyatla yanaşır. Özü gedərsə hər şey daha asan olardı, amma tərk edildiyi təqdirdə vay halınıza!

Qız:

Qız, ayrılığa səbəb olan amilləri təkrar-təkrar nəzərdən keçirərək vəziyyəti hərtərəfli təhlil edir. Ayrılıq onun günahı olmadığını sübut etmək üçün əlindən gələni etməyə hazırdır. Ayrılığı qəbul etmək çətin olsa da, qəbul etdikdən sonra yeni həyatına yola çıxmağa başlayır. Ancaq qəbul etmək üçün lazım olan vaxt olduqca yorucu ola bilər.

Tərəzi:

Bir müddət ağlayır, özünü evinə qapatır və öz dünyasına çəkilir. Sonra balqabaq çiçəyi kimi açılır və oyuna qayıdır. Onun yeni insanlarla tanış olub onlara qarışması çox zaman çəkmir. İnsani münasibətlər çox asandır, çünki onsuz da simpatik və cazibədar bir insandır. Çətin tərəfi onun köhnə münasibətlərinə süngər olmasıdır. Unutmaq Tərəzi üçün çətindir və sizi uzun müddət sədaqətlə xatırlayacaqlar.

Əqrəb:

Əqrəbdən ayrılmaq çox çətindir. Gedən özüdürsə, bu problem olmayacaq. Ancaq ayrılsanız, müxtəlif oyunlara və intiqam ssenarilərinə açıq olun. Sizi geri qaytarmaq üçün əlindən gələni edəcək. Münasibət zehnində tamamilə bitdikdən sonra yenidən onun qəlbini qazanmaq mümkün deyil.

Oxatan:

Oxatan sizi tərk edirsə, deməli, ona çox qadağalar qoymusunuz. Tək qalmağı sevmir, həyatı yaşamağa dəyər verən “ortaq” axtarmağı heç vaxt dayandırmaz. Onu tərk edirsinizsə, işlər bir az dəyişə bilər. Müstəqillikdən bəhs edən, azadlıq sevən Oxatan birdən sizə bağlı olan birinə çevrilir. Çox əziyyət çəkir. Ancaq həyatda qalmağı bacarır.

Oğlaq:

Ayrılıq əzabının ağrısından büzüşsə də, bu heç vaxt kənardan hiss olunmur. Oğlağı ayrıldıqdan dərhal sonra yeni birisi ilə görə bilməzsiniz. Ağzı süddən yandığı üçün qatığı üfürərək yeyəcək. Ürəyini kiməsə açmazdan əvvəl onunla təmkinli davranır, sonra yeni üfüqlərə üzür.

Dolça:

Sosiallaşaraq ayrılıq ağrısını aradan qaldırmağı bacaran nadir insanlardan biridir. Onu tərk etdinizsə, geriyə baxmayın, onsuz da onu təsəlli edəcək çox insana sahib olacaq. Ayrıldıqdan sonra dostları ilə daha çox vaxt keçirməyə başlayır.

Balıqlar:

Çox duygusal, çox romantik və eyni dərəcədə xəyalpərəst olsalar da, Balığın qaranlıq tərəfi ayrıldıqdan sonra ortaya çıxır. Sizi o qədər çox sevirlər və tərk edilmək onları o qədər incidir ki, sizin üçün etdiyi hər şeyin intiqamını almaq üçün müxtəlif planlar qururlar. Olduqca qisasçı bir təbiətə sahibdirlər. İncidildiyini əsla unutmurlar. Həyatınızı alt-üst etdikdən sonra uzaqlaşırlar.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir