usaq-oyun

Busyboard-un körpənin inkişafına necə təsir edir?

Baxış sayı: 1. 234

Busyboard – dünya üzrə tanınmış İtaliyalı Mariya Montessori metodikasına əsaslanan, uşaqların erkən inkişafını dəstəkləyən çalışma lövhəsidir.  Bu lövhənin üzərinə müxtlif cür düymələr, qıfıllar, çəkməcələr, açarlar, kilidlər, hesablayıcı və s. kimi elementlər yığılır. Gündəlik həyatda valideynlər körpələri bu elementlərdən olan oyunlarda uşaqları, təhlükəsizliyi üçün məhdudlaşdırmağa çalışırlar.

Bu cür inkişaf etdirici lövhələrin köməyi ilə onun təhlükəsizliyi barədə narahat olmadan körpənin onlara olan maraq dairəsini uzun müddət təmin etmək olar. Bütün bu elementlər taxtanın səthinə möhkəm bərkidilir, ona görədə bu oyuncaq hətta ən kiçik uşaq üçün təhlükəsiz hesab olunur. Belə lövhələr uşağın marağını cəlb etmək üçün müxtəlif formada və rəngdə hazırlanır. Azərbaycanda analar arasında populyarlıq qazanan babyjoy busyboardlarını misal gətirmək olar.

 

Busyboard-un körpənin inkişafına necə təsir edir?

Bu lövhədə körpəniz müxtəlif elementləri açmaq, basmaq, çevirməklə aşağıda sadalananları fəal inkişaf etdirir;

  • kiçik motorika;
  • göz koordinasiyası;
  • hərəkət koordinasiyası;
  • diqqət;
  • düşünmə qabiliyyəti;
  • beyin gimnastikası;
  • təxəyyül;
  • məntiqli düşünmə bacarığı;
  • səlist nitq.

Alimlər sübut edib ki, kiçik motorika ilə nitq inkişafı çox sıx əlaqəlidir. Çünki, başbeyində nitq və hərəkət mərkəzləri bir-birinə çox yaxın inkişaf etmişdir. Nəticədə, əl barmaqlarının motor bacarıqları stimullaşması zamanı, nitq mərkəzi fəallaşmağa başlayır. Məhz buna görədə uşağın nitqinin zamanında inkişafı üçün kiçik motorikasının inkişafına diqqət etmək vacibdir.

Bu inkişaf etdirici lövhə, uşağı telefon və televizor asılqanlığından uzaqlaşdıra bilir. Bundan başqa busyboard, gündəlik uşağın diqqətini minimum yarım saata kimi özündə cəmləşdirir və bu vaxtı valideynlər asanlıqla özlərinə sərf edə bilirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir