geyim

Cəmiyyətin fikri ilə hesablaşmayan dəbli xanımlar – FOTOLAR

Baxış sayı: 1. 630

Bəzi qadınlar etiraf edir ki, yaş artdıqca daha qapalı paltarlar seçməyə üstünlük verir. Bu isə ətrafınızdakı insanların, cəmiyyətin fikirləri ilə ciddi şəkildə hesablaşmaq və onların tələblərinə uyğun geyinmək deməkdir. Əlbəttə ki, müəyyən qaydaları nəzərə almaq lazımdır və yaşa dolduqca hər bir xanımın özünəməxsus fərdi üslubu olmalıdır. Lakin yaşınız artdığı üçün özünüzü gözəl geyimlərdən məhrum etməyə gərək yoxdur. Moda ekspertləri istənilən yaşda cəsarətli eksperimentlərdən imtina etməyi doğru hesab etmir.

Yaşa dolduqca əksər qadınlar geyim-kecimə fikir vermir, “Onsuz da qocalmışam”, deyib maraqsız geyimlər seçirlər. Ancaq qocalıqla mübarizə aparanlar da var. Belələri əlvan rənglərdən və parıldamaqdan qətiyyən qorxmur.

 

Bu yazıda oxucuları yaşlı qadınların dəb qaydaları ilə tanış edir.

 

Yaşlı nəslin nümayəndələrinin üstünlük verdiyi geyim tərzi bir qayda olaraq sadəliyi və rahatlığı ilə seçilir. Ən kədərlisi odur ki, yaşlı kateqoriyaya aid edilən geyimlərin çoxu: qapalı geyimlər və alçaqdaban ayaqqabı qadının yaşının üstünə yaş əlavə edir.

Mağazada xoşunuza gələn hər hansı geyimi gördükdə onun yaşınıza uyğunluğu barəsində çox düşünməyin. Lakin onu geyinəndə güzgünün önündə dayanıb oradakı əksinizə baxın. İlk növbədə üzünüzə baxın və qalan hissəni ümumi nəzərdən keçirin. Əgər güzgüdə üzünüzdə şuxluq, gənclik eşqi və qadın hiyləsi yazılıbsa, deməli, o geyimin yaşamaq hüququ var. Əgər güzgüdə yorğun sima görür və yaxud özünüzü əxlaqsız qadın kimi hiss edirsinizsə, geyimi dərhal geri qaytarın və başqa bir paltar seçin. Çünki dəb tənqidçiləri bildirirlər ki, hər hansı paltarı, xüsusilə dekolteli və parlaq geyimləri geyinmək üçün bədəniniz ona hazır olmalıdır. Əks halda, kənardan birmənalı qarşılanmayacaqsınız.

Джейми Ли Кертис

Ümumiyyətlə, yaşdan asılı olmayaraq eyni vaxtda bütün dəb cərəyanları ilə ayaqlaşmaq lazım deyil. Həmçinin onların hamısını ixtisara salmaq da doğru deyil. Gənclik dövrünüzdə sınanmış fasonlardan imtina etmək də yaxşı fikir deyil. Siz müasir insansınız. Qadın 50-60 yaşında da gözəl bədən quruluşunu qoruyub saxlaya bilibsə və bayağı görünmürsə, niyə də özünə dəbdəbəli geyinməyi qadağan etsin ki?! Məhz indi qəbul olunmuş geyimlər alın.

Cins şalvar, saymazyana-asimmetrik köynəklər yol veriləndir. Bununla belə həddi aşıb özünüzü cavan görünməyə çalışan qarıya çevirməyin.

Standart geyimləri qeyri-standart şəkildə geyinin. Paltar ilə tuflinin, cinslə kedlərin vəhdəti darıxdırıcı və hamının bildiyi kombinlərdr. Siz dəyişiklik edin. Donu kedlə, cins şalvarı isə dikdabanla geyinin.

Üstü yazılmış və ya gülməli şəkilli köynək geyinməyə hüququnuz çatır, lakin bu, sizin fakturanız ilə ahəngdə olmalıdır. Ona görə də yaxşı olar ki, şort və ya qısa paltar geyinən zaman qalın kolqotqa, yapışan şalvarı isə uzun və ya geniş puloverlə geyinin.
Gündəlik obraza mütləq kəmər əlavə edib onun vasitəsi ilə belin incəliyini vurğulayın. Çünki bu sadə detal qadını cavan göstərmək qabiliyyətinə malikdir.

Deyilənlərə əməl etsəniz, heç kim yaşınız barədə düşünməyəcək. Qoca? Gənc? Nə fərqi var? Hər halda istənilən yaşda valehedici görünmək hər bir qadının borcudur. Ən əsası da budur! Unutmayın ki, insanı geyim deyil, özünə qarşı olan laqeydliyi qocaldır. Öz görkəmini və özünü sevən qadınlara istənilən geyim yaraşır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir