meshurlar-cinayet

Cinayətə qurban gedən məşhurlar – Onları niyə öldürürlər? – FOTOLAR

Baxış sayı: 177

Məlum olduğu kimi, bir neçə gün öncə Türkiyənin məşhur aparıcısı Vatan Şaşmaz sevgilisi tərəfindən qətlə yetirildi. Məşhur teleaparıcını keçmiş model Filiz Aker öldürülmüşdü. İddialara görə o həmin model ilə sevgili olub. Bu qətl hadisəsi məşhurların dünyasında baş verən cinayətləri də gündəmə gətirdi.

Beləliklə, sizə cinayətə qurban gedən məşhurlar haqqında faktları təqdim edirik.

 

Bergen

Türkiyənin sevilən sənətçilərindən olan Bergen 1989-cu ildə həyat yoldaşı tərəfindən öldürülmüşdü. Ölümündən 7 il əvvəl də həyat yoldaşı “Nitrik asit” adlı kimyəvi maddəni onu üzünə tökmüşdü. Nəticədə məşhur sənətçi bir gözünü itirmişdi.

Картинки по запросу bergen türk

İsmayıl Hakkı Sunat

İstanbul dövlət teatrının aktyoru olan İsmayıl Hakkı Sunat 2004-cü ildə Türkiyənin Gelibolu şəhərindəki bağ evində öldürülüb. Gənc aktyorun qonşusuna yüksək səslə evdə mahnı oxuduğu üçün irad bildirmişdi. Nəticədə qonşusu onu silahla qətlə yetirmişdi.

Картинки по запросу Hakkı Sunat

Şaron Tate

Dünyaca məşhur rejisor olmuş Roman Polanskinin aktrisa həyat yoldaşı olan Şaron Tate də cinayə qurban gedənlər sırasındadır. O, 3 rəfiqəsi ilə birlikdə bir musiqiçi tərəfindən öldürülmüşdü. İddialara görə qatil həm də dini təriqət üzvü olub.

Картинки по запросу sharon Tate

Lana Klarkson

Lana Klarkson da amerikalı bir aktrisa idi. Gözəlliyi ilə hər zaman diqqət mərkəzində olan aktrisa 2003-cü ildə gece klubunda tanış olduğu bir prodüsser tərəfindən öldürüldü.

Картинки по запросу Lana Clarkson

Sabahattin Ali

Türkiyənin tanınmıış şairi və yazarı olan Sabahattin Ali , Ali Ertekin adlı bir şəxs tərəfindən öldürülmüşdü. O, şairi taxta ilə başına vuraraq öldürmüşdü. Şairin ölümündə bir çox iddialar səsləndirilmişdi. Bəzi iddialar görə şair siyasi fəaliyyətinə görə öldürülmüşdü.

Картинки по запросу sabahattin ali

Tupak Şakur

Rep musiqisinin ən məşhur simalarından olan Tupak Şakur da cinayətə qurban gedən məşhurların siyahısındadır. Bir disk şirkətinin rəhbəri ilə maşında gedərkən silahlı hücuma məruz qalmışdılar. Lakin bu silahlı hücum repçiyə yox şirkət sahibinə idi.Amma maşında hər ikisi ölmüşdü.

Картинки по запросу tupak shakur arabada

Feri Cansel

Türk rejisorlarının çəkdiyi “Ali Baba ve Kırk Haramiler” filminin baş rol oyunçularından olan Feri Cansel sevgilisi tərəfindən öldürülmüşdü. 1983-cü ildə baş verən qətl hadisəsi aktrisanın qızının gözlərinin önündə olmuşdu.

Картинки по запросу feri cansel

Doroti Stratten

Play boy modeli olan Doroti Stratten isə evlənib boşandıqdan sonra öldürüldü. Elə boşandığı həyat yoldaşı tərəfindən öldürülən model o dönəmlərdə çox sevilirdi.

Картинки по запросу dorothy stratten playboy

Beki İkala Erikli

Türkiyəli yazar “Melekler ile Yaşamak” kitabının müəllifi olan Beki İkala Erikli bir qadın tərəfindən evinin qarşısında öldürüldü. Qatilin yazarı öldürməsinin səbəbi isə onun kitablarını oxuduqdan sonra psixologiyasının pozulması olub.

Картинки по запросу Beki İkala Erikli

Con Lennon

1960-cı illərin sevimli musiqi qrupu olan “The Beatles”in üzvü Con Lennon 40 yaşında öldürüldü. Qaldığı otelin qarşısında pərəstişkarı tərəfindən güllələnərək qətl edilmişdi.

Картинки по запросу John Lennon




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir